MƏRHƏMƏT ÜNVANI, ŞƏFQƏT ÜMMANI » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » MƏRHƏMƏT ÜNVANI, ŞƏFQƏT ÜMMANI

    MƏRHƏMƏT ÜNVANI, ŞƏFQƏT ÜMMANI




    Minnətdarlıq

    Sağlamlığımızın, şəfqətimizin cəfakeşləridir həkimlər. Çünki çarəsiz qaldığımız anlarda bizi xoş, gülərüzlə qarşılayan bu ağ xalatlı mələkləri görəndə daxilən rahatlıq tapır, gözlərimizdə həyat eşqi, yaşam sevinci parlayır...
    Bir müddət öncə səhhətimdə problem yarandı. Sol böyrəyimdə yaranan şiddətli ağrılar səbəbindən Masallı rayon Mərkəzi Xəstəxanasında uroloji müayinə olundum. Nəticə etibabarilə həmin nahiyədə müəyyən ölçülü kristal daşlar aşkarlandı.        

    Cərrahi əməliyyat olunmaqdan ötrü Mərkəzi Neftçilər Xəstəxanasına müraciət etdim. Urologiya şöbəsinin müdiri, cərrah uroloq-androloq Mirqabil Cavadovun tövsiyəsi ilə bir neçə müayinədən keçdikdən sonra onun rəhbərliyilə mini-perkutan nefrolitotripsiya üsulu ilə əməliyyata alındım. Və əməliyyat uğurla sonuclandı.

    Ən müasir tibbi avadanlıqlarla təmin olunan və peşəkar tibb heyətlə komplektləşdirilən Mərkəzi Neftçilər Xəstəxanasının rəhbərliyinə cəhiyyə ocağında yaradılan şəraitə görə, sadə, təvazökar, işində məsuliyyətli, ixtisasında peşəkar həkim-uroloq Mirqabil Cavadova, Qaraca Rüstəmova, yüksək insani keyfiyyətləri, bilik və bacarıqları, xəstələrə qarşı mehriban, səmimi davranışları ilə fərqlənən bütün tibbi personala, o cümlədən sığorta qeydiyyat şöbəsinin işçisi Xatirə Yolçuyevaya, böyük tibb bacısı Arzu Vahidovaya, tibb bacıları Sevinc Əhmədovaya, Svetlana Mişkaryovaya, Sərmayə Mahmudovaya, Leyla Fərzəliyevaya, Mehriban Naftaliyevaya, xəstə baxıcıları İlahə Osmanovaya, Ruhin Tağıyevə, Zeynəb Xəlilovaya və başqalarına mənə göstərdikləri yüksək tibbi xidmətə görə dərin minnətdarlığımı bildirirəm.

    Tibbi müəssisədə müalicə aldığım müddətdə urologiya şöbəsinin bu gülərüz, mehriban kollektivi mənim kimi digər xəstələrdə də könül xoşluğu yaratdı. Hər kəs burdakı həkim və tibb bacılarının diqqət və qayğısından razılıqlarını bildirirdilər.

    Məlumat üçün bildirim ki, Mirqabil Mirqasım oğlu Cavadov 1985-ci il iyulun 19-da Göyçə mahalında anadan olub. Bakı şəhərindəki 57 nömrəli tam orta məktəbini, respublika kimya-biologiya liseyini bitirib.

    Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsində (2003-2009), Respublika Klinik Xəstəxanasının urologiya şöbəsinin internaturasında (2009-2010), Türkiyənin Ondokuz Mayıs Universitetinin tibb fakültəsinin urologiya və böyrək köçürmə şöbəsində (2011¬-2013) ali təhsil alıb.

    İlk əmək fəaliyyətinə Respublika Klinik Xəstəxanasının urologiya şöbəsində uroloq-interna kimi başlayan M.Cavadov müxtəlif vaxtlarda Türkiyənin Ondokuz Mayıs Universitetinin tibb fakültəsinin nəzdindəki urologiya və böyrək köçürmə şöbəsində (2011-2013), 2013 ildən Mərkəzi Klinikanın urologiya şöbəsində uroloq, sonra isə Bonadea Beynəlxalq Klinikasinda çalışıb. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında işləyir, urologiya şöbəsinin müdiridir.

    Müqəddəs peşəsinə qəlbən bağlanan həkim-uroloq Mirqabil Cavadov sistit, epididimit, sidik kisəsində daş xəstəliyi, uretrit və s. kimi uroloji profilli xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğuldur.
    Onun icra etdiyi prosedurlar böyrək və sidik yollarının daş cərrahiyəsi, kənardan səs dalğaları ilə daşqırma (ESWL), prostat vəzi, sidik kisəsi xəstəliklərinin diaqnostikası, dərman və cərrahi müalicəsi, endoskopik, laparoskopik, uşaq və qadın urologiyası, andrologiyadan (kişi sonsuzluğu, mikroskopik varikosel cərrahiyəsi, penis cərrahiyyəsi, penis protezlərinin yerləşdirilməsi və s.) ibarətdir.

    Doktor Mirqabil Cavadovun əmək fəaliyyətinə yazılan əlamətdar hadisələrdən ən önəmlisi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının urologiya şöbəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi çərçivəsində 2023-cü ilin 11 ayı ərzində 1000, 2024-cü il ərzində isə 1500 cərrahi əməliyyatın icrası olub. 
    Bacarıqlı mütəxəssis, yaxşı həkim olmaqla yanaşı, yüksək əxlaqi-mənəvi dəyərlərə sahib bir insan kimi tanıdığım Mirqabil Cavadovun timsalında hər kəsin şəfqət, mərhəmət ünvanına çevrilən bu ülvi peşə sahiblərinə, nəcib, xeyixah missiya daşıyıcılarına – ağxalatlı qəhrəmanlarımıza çətin və şərəfli xidmətlərində uğurlar arzulayırıq.










    Akif AĞAYEV,
    jurnalist-publisist.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ