Главная > Maraqlı > Şəhid Nurlan Əbilovun 4-cü ili anıldı

Şəhid Nurlan Əbilovun 4-cü ili anıldı


Dünən, 11:34. Разместил: admin44

Masallı rayon Şərəfə ərazisində Vətən Müharibəsi şəhidi Nurlan Fərrux oğlu Əbilovun şəhadətinin 4-cü ildönümü ilə bağlı xatirəsi anılıb.

Masallı Rayon İcra Hakimiyyəti Başçısının rəhbərliyi ilə rayon üzrə bütün şəhidlərin doğum və şəhadət günləri diqqətdə saxlanılaraq daim qeyd olunur.

Belə ki, 19 aprel 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Şərəfə ərazisində Vətən Müharibəsi şəhidi Nurlan Fərrux oğlu Əbilovun şəhadətinin 4-cü ildönümü ilə ilə bağlı Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, şöbənin böyük məsləhətçisi Nurlan Muradov, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, şəhid ailələri, ziyalılar, ağsaqqallar, din xadimləri və sakinlər tərəfindən xatirəsi anılmış və şəhidin məzarı ziyarət edilərək ruhuna dualar oxunmuşdur.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.




шаблоны для dle 11.2
Вернуться назад