İRAN - AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏ YENİ SƏHİFƏLƏR » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » İRAN - AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏ YENİ SƏHİFƏLƏR

    İRAN - AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏ YENİ SƏHİFƏLƏR


    İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. 44 günlük Vətən müharibəsindən sonra bu, İran prezidentinin Bakıya ilk səfəridir. Müharibədən sonra İran hakimiyyətinin yürütdüyü ikitərəfli və regional siyasət səbəbindən tərəflər arasında gərginlik yaranmışdı. Məsud Pezeşkianın səfəri, ilk növbədə, İslam Respublikasının təqsiri səbəbindən yaranan maneələri aradan qaldırmağa yönələ bilər.

    Məsud Pezeşkian ölkələr arasında əməkdaşlıq imkanlarının mövcudluğundan bəhs edərək, sağlam əlaqələrin yaradılması üçün əl-ələ verib əməkdaşlıq etməyin mümkünlüyünü vurğulayıb.

    Onun vurğuladığı məsələlərdən biri “o tay, bu tay“ ifadəsidir: “Bu tay, o tay bir-birimizlə qohumuq. Gediş-gəlişlər töhfə verir. Ona görə də bir-birimizin gediş-gəlişimiz üçün yolları açmalıyıq. Bir-birimizə kömək edə, hər iki ölkənin xalqına sakit, yaxşı həyat yarada bilərik”.
    Azərbayçan və İran arasında münasibətlər tarixən dərin mədəni, dini və tarixi köklərə söykənir. Bu münasibətlər müxtəlif dövrlərdə fərqli dinamika nümayiş etdirmişdir. Son illərdə isə regional geosiyasi dəyişikliklər fonunda Azərbaycan-İran əlaqələrinin gələcək inkişaf istiqaməti xüsusi maraq doğurur.

    İran İslam Respublikasının yeni seçilmiş prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri, münasibətlərin gələcək kursunun müəyyənləşməsində mühüm bir addım kimi qiymətləndirilməlidir. Səfərin həm vaxtı, həm də gündəliyi göstərir ki, Bakı və Tehran qarşılıqlı anlaşma, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimadın bərpası üçün ciddi cəhdlər göstərirlər.

    Azərbaycan və İran prezidentlərinin Bakıda bir araya gəlməsi son illərin ən mühüm diplomatik hadisəsi hesab edilə bilər. Xüsusilə də Azərbaycan səfirliyinə edilən terror hücumundan sonra tərəflər arasında siyasi mərkəzdə ilk dəfə belə yüksək səviyyədə dialoq reallaşır. Prezidentlərin Bakı görüşü təkcə diplomatik protokol hadisəsi deyil, həm də münasibətlərin gələcək trayektoriyasını müəyyənləşdirəcək mühüm siyasi gedişdir.

    İran nümayəndə heyətinin geniş tərkibdə Bakıya gəlməsi faktının özü rəsmi Tehranın Bakı ilə münasibətlərdə yeni səhifə açmağa marağının göstəricisidir. Bu, təsadüfi deyil. Hazırda İran bir neçə strateji səbəbə görə Azərbaycanla münasibətləri normallaşdırmağa və dərinləşdirməyə məcburdur: regionda İran ətrafında yaranan və gərginləşən geosiyasi vəziyyət, İranın iqtisadi böhranı, son aylarda İran iqtisadiyyatının ciddi çətinliklərlə üzləşməsi.

    Azərbaycan ilə İranın bir sıra beynəlxalq platformalarda əməkdaşlıq edir, hər iki xalq ortaq mədəniyyətə, tarixə və dinə malikdir, bunlar da xalqların və dövlətlərin yaxınlaşması üçün böyük zəmin yaradır.
    Azərbaycan ilə İran arasında münasibətlərin təməli təkcə coğrafi yaxınlıqla deyil, eyni zamanda ortaq mədəniyyət, dil, din və adət-ənənələrlə bağlıdır:

    “Əsrlər boyu xalqlarımız arasında ticarət və qohumluq əlaqələri də formalaşıb. Prezident İlham Əliyevin iranlı həmkarı ilə birgə mətbuata açıqlamasında söylədiyi “xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür” fikirləri iki ölkə arasında tarixən mövcud olan sıx və dərin əlaqələrin bu gün də uğurla davam etdirildiyini aydın şəkildə göstərir”.

    Azərbaycanla İran arasında mədəni əlaqələr sahəsində heç vaxt problem olmayıb. Çünki o taydan gələn qonaqlar bu tayda həmişə soydaş və dindaş kimi çox isti qarşılanıb. Bu isə Azərbaycan və İran arasında qarşılıqlı mədəniyyət günləri keçirilməsi məqsədini məntiqi olduğunu bir daha təsdiqləyir. Pezeşkian İranla Azərbaycan arasında əməkdaşlıq sahələrinin genişliyini söyləyib. İran Azərbaycanla bütün sahələrdə strateji əlaqələrin olması üçün səy göstərəcək. Pezeşkian vurğulayıb ki, Azərbaycanı yad ölkə saymır, burada özünü qərib hesab etmir.
          
     Prezident İlham Əliyev İranın Ermənistanla birlikdə reallaşdırmaq istədiyi “Şimal-Cənub dəhlizi” ideyasına da dolayı yolla münasibət bildirərək, Azərbaycan ərazisindən keçən “Şimal-Cənub nəqliyyat dəhlizi” barəsində belə deyib: “Bu layihədə iştirak edən bütün tərəflər üçün böyük səmərə gətirəcək”. Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu layihə üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirir.

    Beləliklə, Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmaq üçün İranın hökumət başçısı səviyyəsində bir addımdır. Bu, İbrahim Rəisinin prezidentliyi dövründə başlamış əlaqələrin genişlənməsi, münasibətlərin normallaşması baxımından mühüm sayıla bilər.
                                                                      



    ƏFRAİL FƏRZİYEV,
    YAP VETERANI.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ