Masallıda “18 May Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar tədbir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “18 May Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar tədbir

    Masallıda “18 May Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar tədbir

    16 may 2025-ci il tarixində Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı, Mədəniyyət işçiləri Həmkarlar ittifaqı Masallı rayon komitəsinin dəstəyi ilə “Beynəlxalq Muzeylər Günü” və “Muzeylər, Konstitusiya mədəniyyəti və milli suverenlik-tarix işığında”  adlı tədbir keçirilib.

    Masallı Tarix-Diyarşünaslıq Muzeyində baş tutan tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi  ilə başlanıb.

    Tədbiri giriş nitqi ilə açan Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva 18 May Beynəlxalq Muzeylər Günü eyni zamanda Konstitusiya və Suverenlik ili çərçivəsində keçirilən  tədbirin mahiyyəti barədə geniş məlumat verib.
     Sonra Masallı rayon İcra Hakimiyyəti  başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova bildirdi ki, ölkəmizdə muzey işinin təşəkkül tapması və inkişafı müstəqil Azərbaycanın qurucusu və memarı, Azərbaycan mədəniyyətinin böyük hamisi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin Azərbaycana rəhbərliyi dövründə muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoyub, respublikamızın bütün bölgələrində yeni muzeylər yaradılıb. Masallı tarixinin də güzgüsü 1963-cü ildə yaradılmış, həmin vaxt üçün Hişkədərə kəndində fəaliyyət göstərən Tarix-diyarşünaslıq muzeyidir. 2005-ci ildən muzey onu yaradanının Rəhim Tağıyevin adını daşıyır. 03 sentyabr 2016-cı il tarixdə cənab Prezident İlham Əliyevin iştirakı ilə Tarix-Diyarşünaslıq muzeyinin yeni binasının açılışı olmuş və həmin vaxtdan etibarən muzey Masallı şəhərində fəaliyyətini davam etdirir.  

    Daha sonra çıxış edənlər, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Lənkəran-Astar Regional Mədəniyyət İdarərəsinin nümayəndəsi Salman Yunusov, iki şəhid anası Ziba Əsgərova və Masallı Kitabxana Sisteminin direktor əvəzi Zamin Məmmədov  əlamətdar gün münasibətilə muzeysevərləri təbik edərək xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş Beynəlxalq Muzeylər Gününün əhəmiyyəti, beynəlxalq və respublika muzeyləri haqında məlumat verdilər. Masallı Tarix-Diyarşünaslıq Muzeyinin yaradılmasında Əməkdar müəllim, İkinci Dünya müharibəsi veteranı Rəhim Tağıyevin əməyini yüksək dəyərləndirən çıxışçılar bu şərəfli və məsuliyyətli işin muzey yaradıcısının övladı Əntiqə Tağıyeva tərəfindən 23 ildir ki, layiqincə davam etdirildiyini diqqətə çatdırıblar.

    Tədbirdə Masallı Dövlət Regional Kollecinin tələbələri, Onbirillik İncəsənət məktəbi, Kürdəbaz, Qarğalıq kənd yaradıcılıq evləri, Masallı şəhər  2 nömrəli və Hişkədərə kənd tam orta məktəbinin şagirdlərinin ifasında təqdim olunan ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
    Yekunda kompozisiya təqdim edən uşaq və gənclərə Masallı Tarix-Diyarşünaslıq Muzeyinin Təşəkkürnaməsi təqdim edilib.














    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:40 Masallıda “Halay” Xalq Folklor Kollektivi ilə görüş keçirilib
    2. 12:10 YENİ KİTABLAR         
    3. 10:25 ZƏFƏR GÜNÜMÜZ – QURUR MƏNBƏYİMİZDİR
    4. 09:54 Azərbaycan Prezidentinə yazırlar
    5. 09:33 8 noyabr 2020-ci il Qarabağa qovuşduğumuz tarix gün
    6. 23:00 Mahmudavar kənd ümumi orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    7. 16:00 YENİ KİTAB SAYCA İYİRMİ BEŞİNCİDİR...                                                                          
    8. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    9. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    10. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    11. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    12. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    13. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    14. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    15. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    16. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    17. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    18. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    19. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    21. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    22. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    23. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    24. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 09:32 Nadir Ağayevin xatirə turnirində
    26. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    27. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    28. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    29. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    30. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    31. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    32. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    33. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    34. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    35. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    37. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    38. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    39. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ