Cənab Prezident İlham Əliyevin Budapeştdəki çıxışı, Azərbaycanın regional siyasətdə yalnız iştirakçı deyil, təşəbbüskar və format qurucu bir aktora çevrildiyini göstərir. » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Cənab Prezident İlham Əliyevin Budapeştdəki çıxışı, Azərbaycanın regional siyasətdə yalnız iştirakçı deyil, təşəbbüskar və format qurucu bir aktora çevrildiyini göstərir.

    Cənab Prezident İlham Əliyevin Budapeştdəki çıxışı, Azərbaycanın regional siyasətdə yalnız iştirakçı deyil, təşəbbüskar və format qurucu bir aktora çevrildiyini göstərir.



    Qlobal və regional təhlükəsizlik sistemlərinin transformasiya dövrünə qədəm qoyduğu bir vaxtda, dövlətlərin milli maraqları prioritetə çevrilir. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 may 2025-ci il tarixdə Macarıstanda verdiyi bəyanat, təkcə ikitərəfli münasibətlərin səciyyələndirilməsi baxımından deyil, həm də Azərbaycanın geosiyasi mövqeyinin müəyyənləşdirilməsi kontekstində mühüm siyasi mesajlar ehtiva edir. Artıq cənab Prezident İlham Əliyevin çıxışı siyasi aspektlər baxımından təhlil edilir və bu çıxışın regional sabitlik, beynəlxalq hüquq, diplomatik təşəbbüskarlıq və təşkilatlararası münasibətlərə təsiri analiz olunur. Bizim Müstəqil xarici siyasət kursumuz var  və Azərbaycanın beynəlxalq münasibətlər sistemində yürütdüyü siyasət prinsipial şəkildə müstəqillik və balanslı tərəfdaşlığa əsaslanır. 

    Cənab Prezident İlham Əliyevin Budapeştdə qeyd etdiyi kimi: “Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir... Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir.” Bu sitat, Azərbaycanın da oxşar yanaşmanı öz siyasətində əsas tutduğunu göstərir. Analitiklər bu yanaşmanı "pragmatik suverenlik modeli" kimi xarakterizə edirlər. Bu modeldə dövlətlər nə NATO, nə də Rusiya ilə birbaşa bağlılıqdan asılı olmadan milli maraqlar əsasında qərarlar verirlər. Cənab Prezident İlham Əliyev çıxışında Ermənistanla sülh prosesinin təşəbbüskarı kimi Azərbaycanın rolunu vurğulamış, lakin Ermənistan konstitusiyasında hələ də mövcud olan ərazi iddialarını əsas əngəl kimi göstərmişdir: “Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq... Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası vardır.” 

    Bu kontekstdə Ermənistan tərəfindən 1990-cı illərin narrativlərinə əsaslanan dövlət quruluşu artıq bölgədə yeni reallıqlarla uyğun gəlmir Azərbaycan isə beynəlxalq hüququ əsas tutaraq öz ərazi bütövlüyünü bərpa etmiş və BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək hərbi əməliyyatlara haqq qazandırmışdır. ATƏT-in Minsk Qrupu artıq faktiki fəaliyyət göstərmir və Prezident Əliyev bu qurumun hüquqi baxımdan da ləğvinin zəruriliyini qeyd etmişdir: “Bu ( Minsk qrupu ) artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir.” Bu yanaşma Azərbaycanda formalaşan “effektiv diplomatik mexanizmlərin üstünlüyü” prinsipinə əsaslanır. Əldə olunmuş uğurlar, bir çox hallarda ikitərəfli və ya subregional əməkdaşlıq modellərinin daha çevik olduğunu sübut etmişdir. Cənab Prezident bəyanatında Türk dünyası ilə siyasi-mədəni birliyin güclənməsindən də danışıb. Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən qeyri-rəsmi Zirvə görüşlərinin davamlılığı, Azərbaycanın regional mədəni-siyasi inteqrasiya təşəbbüslərində liderliyini ortaya qoyur: “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur.” Bu formatın Şuşadan Macarıstana keçməsi isə Türk coğrafiyasının Avropa ilə inteqrasiyası baxımından simvolik önəm daşıyır.

     Enerji resurslarının qlobal siyasi münasibətlərdəki rolu artdıqca, bu sahədə formalaşan tərəfdaşlıqlar da strateji əhəmiyyət daşımağa başlayır. Cənab Prezident İlham Əliyevin Budapeştdə verdiyi bəyanatda Azərbaycan-Macarıstan münasibətlərində enerji, yaşıl iqtisadiyyat və strateji investisiyalar kontekstində mühüm məsələlər də önə çəkilmişdir. Azərbaycan 2024-cü ildən etibarən Macarıstana təbii qaz ixracına başlamışdır. Bu barədə cənab Prezident İlham Əliyev bildirmişdir: “Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq... Bizim qaz resurs bazamız kifayət qədər genişdir.” Bu əməkdaşlıq Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasında Azərbaycanı əsas tərəfdaş kimi tanımasına səbəb olmuşdur. Hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir və bunların 10-u Avropa ölkəsidir. Macarıstan şirkətləri “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi iri layihələrdə iştirak edir. Prezident Əliyev qeyd edir: “Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq... Macarıstan şirkəti Azərbaycanın quruda yerləşən neft yataqlarında fəaliyyətə başlayacaq.” Bu cür əməkdaşlıq modeli, Avropa enerji bazarında uzunmüddətli və sabit təchizat zəncirinin qurulmasına imkan verir. Azərbaycanın 6 min meqavatlıq yaşıl enerji istehsalı planı, enerji diplomatiyasını post-karbon dövrə uyğunlaşdırma niyyətini ortaya qoyur: “Bu layihələr bizə 3-4 milyard kubmetr qaza qənaət etməyə imkan verəcək.” 

    Bu strategiya Azərbaycanı həm yaşıl texnologiyalar sahəsində tərəfdaş, həm də karbon izini azaltmaqda model ölkəyə çevirir. Cənab Prezident İlham Əliyevin Budapeştdəki çıxışı, Azərbaycanın regional siyasətdə yalnız iştirakçı deyil, təşəbbüskar və format qurucu bir aktora çevrildiyini göstərir. Geosiyasi suverenlik, hüquqi əsaslı sülh təşəbbüsləri, regional təşkilatlar vasitəsilə diplomatik genişlənmə və funksiyasız beynəlxalq mexanizmlərə alternativ təkliflər bu çıxışın əsas siyasi komponentləridir.

     


    Akif Həmidov ,
    Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ