Главная > Maraqlı > Xırmandalı kəndində artezian quyusu istifadəyə verildi

Xırmandalı kəndində artezian quyusu istifadəyə verildi


27-05-2025, 18:20. Разместил: admin44

Masallı rayon İcra Hakimiyyəti başçısının 23 may 2025-ci il tarixində rayonun Xırmandalı kəndində keçirilən səyyar görüş-qəbulu zamanı vətəndaşın qaldırdığı artezian quyusu ilə bağlı məsələ öz həllini tapmışdır.

Belə ki, Masallı rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədovun tapşırığına əsasən Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Xırmandalı kəndində dərinliyi 60 metr olan arteziyan su quyusu qazılaraq vətəndaşların istifadəsinə verilmişdir.

Kənd sakinləri arteziyan quyusunun qazılmasına, onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinic Vitse-prezident Mehriban xanım Əliyevaya, rayon İcra Hakimiyyətinə və zəhməti olan hər kəsə minnətdarlıqlarını ifadə ediblər.
шаблоны для dle 11.2
Вернуться назад