Ulu Öndər Heydər Əliyev -  Azərbaycan dövlətçiliyinin xilaskarıdır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ulu Öndər Heydər Əliyev -  Azərbaycan dövlətçiliyinin xilaskarıdır

    Ulu Öndər Heydər Əliyev -  Azərbaycan dövlətçiliyinin xilaskarıdır


     

    Azərbaycan Xalq Cümhuriyyətinin təməlləri üzərində 1991-ci ildə yenidən müstəqil Azərbaycan dövləti yaranıb. Təbii ki, müstəqilliyi qoruyub saxlamaq, onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də, 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

    Öz müstəqilliyini elan etmiş Azərbaycan çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladı. Müstəqilliyin ilk illərində xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Böyük siyasi təcrübəyə malik olan Ümummilli Lider Heydər Əliyevin ölkəyə yenidən hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu və Azərbaycanın dövlət müstəqilliyi təhlükədən qurtardı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini, dönməzliyini təmin etdi və bununla da, respublikamız yeni inkişaf dövrünə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin  dövlət və xalq qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin gələcək  tərəqqisinin əsası oldu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı.  Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Dahi Lider Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı.

    Bu gün, Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı, ölkə Prezidenti, cənab İlham Əliyev başçılıq edir. Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Ölkə Prezidenti, cənab İlham Əliyev Azərbaycanda insan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. O, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən ölkə Prezidenti, cənab İlham Əliyev həm müstəqil Azərbaycanın, həm də, dünya azərbaycanlılarının lideridir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O, doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan Prezidentinin siyasi portreti bütün dünyada məşhurdur. 

    Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun, ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün, hər bir azərbaycanlının qürur duya biləcəyi Azərbaycan dövləti formalaşıb. Ölkə Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar, uzaqgörən və məqsədyönlü siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir...

     

    Fərid Əyyubzadə,
    Banbaşı kəndi


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    2. 13:52 Allah rəhmət eləsin
    3. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    5. 10:25 Bələdiyyə sədri
    6. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    7. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    8. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    9. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    10. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    11. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    12. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    13. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    14. 14:35 Yeni şeirlər
    15. 10:59 Perspektivli idmançıların aşkarlanması
    16. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    17. 15:56 100 illik ömrün işığı
    18. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    19. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    20. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    21. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    22. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    23. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    24. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    25. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    27. 14:19 QANLI YANVAR
    28. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    29. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    30. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    31. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    32. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    33. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    34. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    35. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    36. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    37. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    38. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    39. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    40. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ