Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir  » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir 

    Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir 

     

    Hər bir xalq və millət üçün müstəqillik əvəzedilməz nemətdir. Xalqların öz taleyini müstəqil şəkildə müəyyən etməsi, suveren dövlət halında təşkilatlanması onun milli potensialının, maddi və mənəvi resurslarının tam gücü ilə üzə çıxarılmasına imkan yaradır, iqtisadi, siyasi, intellektual, mədəni qüvvələrinin maneəsiz inkişafına təkan verir, xalqın və millətin nəyə qadir olduğunu nümayiş etdirir. 1917-ci ildə Çar Rusiyası dağıldıqdan sonra XX əsrin əvvəllərində, yəni 1918-ci ildə tarixi müstəqilliyin şirinliyindən Azərbaycan xalqı da daddı. Həmin dövrdə yaşamış Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, hökuməti, ordusu və pul vahidi, bayrağı, himni olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə, prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi. Bu xalqımızın tarixində əlamətdar bir hadisədir və tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Demokratik Respublikası 23 ay yaşamışdır. Ancaq onlar öz üzərinə düşən tarixi missiyanı yerinə yetirmişlər və Azərbaycan xalqının tarixinə parlaq bir səhifə yazmışlar.28 may 1918-ci ildə Azərbaycan müstəqilliyini elan etdi. Beləliklə Türk Dünyasında və Müsəlman Şərqdə Azərbaycan ilk Xalq Cümhuriyətini quraraq tarixə adını yazdıran dövlət oldu.  2018-ci ilin Xalq Cümhuriyyəti ili elan edilməsi və Cümhuriyyətin 100 illik yubleyinin təntənəli qeyd olunması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 16 may 2017 tarixli fərman imzalandı. Bu fərmanın imzalanması, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmasının ifadəsi idi.

    Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması Ümummilli liderin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətini məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməsi ölkəmizin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından da müstəsna əhəmiyyətə malikdir. Çünki bununla dünya ictimaiyyəti görür və dərk edir ki, Azərbaycanın zəngin dövlətçilik tarixi və ənənələri var, müasir müstəqil Azərbaycan zəngin dövlətçilik ənənələri əsasında formalaşıb.

    Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası inkişaf yolunda əmin addımlarla irəliləyir. Hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib”.

    Digər tərəfdən, müstəqil Azərbaycan demokratik dəyərlərə sadiqdir. Demokratik inkişaf istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın tərəqqisinə, qüdrətinin artmasına xidmət edir. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında yüksək beynəlxalq nüfuza malik olan demokratik ölkə kimi tanınır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.

    Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir. Onun rəhbərliyi ilə aparılan idarəetmə islahatları, struktur çevikliyi və rəqəmsallaşma təşəbbüsləri idarəetmənin effektivliyini xeyli artırıb. Bu, xüsusilə iqtisadiyyat sahəsində aydın hiss olunur. Ölkədə sənayeləşmə sürətlənib, qeyri-neft sektoru inkişaf etdirilir, aqrar sahə müasirləşdirilir. Cənab Prezidentin “Neft kapitalını insan kapitalına çevirməliyik” fikri, bu siyasətin strateji xəttini göstərir. Zəfərdən sonrakı dövr – yeni inkişaf mərhələsi – Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın gələcəyə doğru inamla addımladığını sübut edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma, ağıllı kənd layihələri, infrastrukturun bərpası təkcə regionun dirçəlişi deyil – bu, həm də milli mənəviyyatın, tarixi yaddaşın və dövlət qürurunun yenidən qurulmasıdır.

     

    Əzizova Mehriban,
    Masallı şəhər sakini

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:20 Prezident İlham Əliyevin Fəaliyyəti: Güclü Liderlik, Tarixi Zəfər və Davamlı İnkişaf Yolu
    2. 11:31 Suverenliyin Tam Bərqərarı: İlham Əliyevin Dövlətçilik Strategiyasının Zəfər Zirvəsi
    3. 22:03 Masallıda “Ümumrayon valideyn konfransı” təşkil olunub
    4. 20:14 Masallıda “Mübahisələrin alternativ həlli olaraq mediasiyanın tətbiqi və onun üstünlükləri” mövzusunda maarifləndirici tədbir
    5. 20:12 Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    6. 19:57 Prezident İlham Əliyevin amnistiya təşəbbüsü
    7. 19:52 Cənab Prezidentin amnistiya təşəbbüsü
    8. 11:41 Mənalı ömrün işığında
    9. 08:28 Masallıda rayon rəhbərinin 18 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 15:26 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 17.12.2025
    11. 15:22 Masallının Qızılağac kəndində 17 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    12. 17:24 Azərbaycan Prezidentinə yazırlar
    13. 15:36 Masallıda “Uşaq hüquqlarımızı bilək!” mövzusunda maarifləndirici görüş 
    14. 15:31 Masallıda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olundu
    15. 10:29 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 dekabr 2025-ci il
    17. 16:28 Masallıda 01-15 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    18. 16:25 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 dekabr 2025
    19. 16:22 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 dekabr 2025
    20. 16:15 Şəhid Balaqardaş Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    21. 10:57 Azərbaycanın Milli Qəhrəmanı Əlyar Əliyevin məzarını ziyarət etmək arzusu...
    22. 10:40 Tanınmış həkim Vaqif Əhmədovun 85 illiyi qeyd olunub
    23. 15:57 Rayon rəhbəri Böyük Kolatan kəndində fermer Fikrət Məmmədova məxsus əkin sahəsinə baxış keçirdi
    24. 15:54 Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci il dönümü ilə əlaqədar ehsan süfrəsi
    25. 15:50 Masallıda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “İz” filmi nümayiş olundu
    26. 15:47 Masallıda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci il dönümü anıldı
    27. 12:43 Göyəçöl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    28. 15:58 Masallıda “Yaşıllıqların mühafizəsi və tullantıların idarə olunması” mövzusunda seminar 
    29. 15:43 Masallı rayonu ərazisində bir qrup imtiyazlı ahıl evində ziyarət edildi
    30. 15:37 Masallıda rayon rəhbərinin 11 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 15:33 Azərbaycan Prezidentinə yazırlar
    32. 15:29 Azərbaycan Prezidentinə yazırlar
    33. 16:53 Masallıda uzunluğu 6 km olan Boradigah çayının lildən təmizlənməsi işləri yekunlaşıb
    34. 16:51 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi 10.12.2025
    35. 16:47 Masallının Mahmudavar kəndində 10 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    36. 14:45 Masallıda muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb
    37. 14:39 Heydər Əliyev və əbədi dövlətçilik yolu... Masallıda tədbir
    38. 13:03 Prezident İlham Əliyev: Azərbaycan və Slovakiya dost və strateji tərəfdaşlardır
    39. 12:59 Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını vurğuladı
    40. 21:30 Şəhid Raqib Əzizovun şəhadətinin 5-ci ildönümü anıldı
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ