Ələşrəf Niftiyev 80 » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ələşrəf Niftiyev 80

    Ələşrəf Niftiyev 80

    19 iyun 2025-ci il tarixdə Masallıda Rayon Ağsaqqallar Şurasının sədri Niftiyev Ələşrəf Nuru oğlunun anadan olmasının 80 illik yubileyi qeyd olunmuşdur.  

    Yubiley tədbirində Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, aparatın əməkdaşları, Respublika Ağsaqqallar Şurasının sədr müavini İbrahim Quliyev, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, şəhid ailələri, mədəniyyət xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak etmişdir.

    İlk öncə tədbir iştirakçıları Ələşrəf Niftiyevin müəllifi olduğu kitablar və qəzetlərdə dərc edilən məqalələrdən ibarət sərgi ilə tanış oldular.
    Masallı şəhər Gənclər evində baş tutan tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi  ilə başladı.

    Tədbiri Masallı rayon Ağsaqqallar Şurasının sədr müavini Əyyub Mehtiyev açaraq yubliyarın həyat və yaradıcılığı barədə qısa məlumat verdi. 
    Sonra çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qeyd etdi ki, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən Niftiyev Ələşrəf Nuru oğlu 47 ildən artıq müxtəlif vəzifələrdə çalışmış, əmək pensiyasına çıxdıqdan sonra 3 il Rayon Ağsaqqallar Şurasının sədrinin müavini olmuş, 2016-cı ildən hal-hazıradək şuranın sədridir. Xidmətlərinə görə "III dərəcəli Vətənə xidmətə görə" ordeni, "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı, "Fəxri Ağsaqqal" döş nişanı və "Qızıl qələm" mükafatına layiq görülmüşdür. Ələşrəf Niftiyev həmçinin 23 kitabın, irihəcmli yüzlərlə məqalə, elmi-publisistik, pedaqoji və ictimai mövzularda yazıların, tərcümələrin müəllifidir. Nüfuzlu ziyalı, təcrübəli təşkilatçı, tanınmış ziyalı Ələşrəf Niftiyevin ömür yolu gənclərimiz üçün əsl örnəkdir. O, Heydər Əliyev ideyalarına həmişə sədaqətlidir. Ələşrəf müəllim Masallının simasını təmsil edən ziyalıdır. 

    Yubiley tədbirində çıxış edən Respublika Ağsaqqallar Şurasının sədr müavini İbrahim Quliyev, Rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü, iki şəhid anası Ziba Əsgərova, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Rayon Ağsaqqallar şurasının üzvü Əli Əlişov, Əməkdar jurnalist, tərcüməçi Zakir Abbas, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli yubilyarın çoxşaxəli yaradıcılıq uğurlarından danışıb, xatirələrini bölüşdülər.

    Tədbirin sonunda Masallı rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov Ələşrəf Niftiyevə rayonun  ictimai-siyasi həyatında fəal iştirakı və 80 illik yubileyi münasibətilə Fəxri fərman təqdim etdi.




    İbrahim Şükürov,
    Masallı rayon Agsaqqallar Şurasının mətbuat katibi, 
    AJB-nin üzvü
















    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ