Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır

    Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır

     

    Azərbaycan tarixi göstərir ki, bu xalq mübarizə əzmi ilə böyüyüb, dövlətçilik ənənələrini qoruyaraq bu günə gəlib. Bu mübarizənin mərkəzində isə hər zaman güclü ordu dayanıb. Müasir Azərbaycan Ordusu isə artıq yalnız müdafiə qüvvəsi deyil, Azərbaycanın siyasi iradəsinin, iqtisadi qüdrətinin, xalqın sarsılmaz birliyinin və milli qürurunun təcəssümüdür. 26 İyun – Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü təkcə hərbi tariximizin bir səhifəsi deyil. Bu, Azərbaycan xalqının qürur və şərəf günüdür. Bu gün xalq, dövlət və ordunun bir amal uğrunda birləşdiyinin təntənəsi, güclü Azərbaycan, əbədi müstəqillik və birmənalı sülhün günüdür. Tarixi bir gerçəklik var. Ordunun təməlini Ulu Öndər Heydər Əliyev qoydu. Azərbaycan müstəqilliyə qovuşduğu ilk illərdə böyük çətinliklərlə üz-üzə qalmışdı. Siyasi idarəetmədə böhran hökm sürürdü, nizami ordu yox idi. O vaxt xalqın çağırırdı  xilaskar liderə ehtiyac var idi. Bu lider isə Ulu öndər Heydər Əliyev oldu. 

    Ulu Öndər Azərbaycanı xaosdan xilas edərkən bir məsələni xüsusi ön plana çəkdi – güclü ordu qurmaq. “Dövlət müstəqilliyini əbədi və dönməz etmək üçün güclü orduya malik olmaq vacibdir,” – deyirdi Ulu öndər Heydər Əliyev. Bu, sadəcə bir çağırış deyildi. Ulu Öndər hər bir addımında sübut etdi ki, müstəqillik ancaq güclü silahlı qüvvələrlə qoruna bilər. Onun rəhbərliyi ilə Azərbaycan Ordusunun əsas struktur islahatları həyata keçirildi, hərbi məktəblər yenidən formalaşdırıldı, milli zabit korpusu yaradıldı. Ulu Öndər Silahlı Qüvvələrə şəxsi qayğısını heç vaxt əsirgəmədi. Azərbaycan Ordusuna etibar etməyi, əsgərə hörmətlə yanaşmağı, Vətənin müdafiəsini hər bir azərbaycanlının borcu kimi görməyi xalqın şüuruna məhz Ulu Öndər yeritdi. Bu gün cənab Prezident İlham Əliyev  Qələbə Ordusunun Ali Baş Komandanı kimi tarixə yazıldı. Tarix Heydər Əliyevin siyasətini davam etdirən cənab İlham Əliyevi yeni bir zirvəyə apardı. 

    O, Azərbaycan Ordusunu 21-ci əsrin müasir və güclü ordularından birinə çevirdi. Cənab Prezident İlham Əliyev silahlı qüvvələrin modernləşdirilməsi, hərbi texnologiyaların ən son nümunələrinin Azərbaycan Ordusuna gətirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması üçün ciddi islahatlar həyata keçirdi. Cənab Prezident İlham Əliyev qətiyyətlə bildirdi: “Bizim güclü ordumuz var. Azərbaycan xalqı hər zaman bu ordunun arxasındadır və bu ordu bizim torpaqlarımızı azad edəcək.” Bu tarixi çağırış 2020-ci ilin Vətən müharibəsində şanlı Qələbə ilə gerçəkləşdi. Azərbaycan Ordusu 30 illik işğala 44 gündə son qoyaraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bu, sadəcə bir hərbi qələbə deyildi – bu, xalqın öz milli ləyaqətini bərpa etməsi, tarix qarşısında ədalətin bərqərar olması idi. Ali Baş Komandan İlham Əliyevin cəbhə ilə siyasi meydanı birləşdirən bu möhtəşəm ifadəsi həmin günlərin yaddaşında əbədi qaldı:

    “Azərbaycan öz gücünü döyüş meydanında sübut etdi. Biz bu qələbəni ordu-xalq birliyi ilə qazandıq!” Azərbaycan əsgəri bir əfsanəyə çevrildi. O, yalnız torpaqları azad etmədi, bir millətin inamını, qürurunu və tarixi haqqını geri qaytardı.  Azərbaycan Ordusu həm də güc və sülh platformasıdır. Azərbaycan bu gün dünyaya göstərir ki, güclü orduya malik olmaq, yalnız müharibə aparmaq üçün deyil. Güclü ordu həm də sülhə çağırış, sabitliyə təminatdır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri məhz bu ordunun yaratdığı təhlükəsizlik mühitində davam etdirilir. Azərbaycan Prezidentinin bu fikri bu gün regionun geosiyasi mənzərəsini izah edir:

    “Biz sülh istəyirik. Ancaq gücümüz də var. Sülh istəyən bizik, ancaq sülhü diqtə edən də bizik.” Bu sözlər Azərbaycan Ordusunun yeni funksiyasını müəyyən edir – bu gün Azərbaycan Ordusu yalnız müharibə meydanında deyil, diplomatik masada da ölkəmizin maraqlarının qoruyucusudur. Azərbaycan əsgəri indi sərhəd boyu möhkəm dayanır. O, sülhə aparan yolun  etibarlı keşiyindədir. O, bu gün Vətən torpağında yeni yollar, yeni şəhərlər, yeni həyatların təhlükəsizliyini təmin edir. Həqiqət bu ki, Azərbaycan Əsgəri  millətin dayağıdır. Bu gün Azərbaycan əsgəri sadəcə vəzifəsini yerinə yetirmir. O, bir simvoldur – qürurun, şərəfin, fədakarlığın simvolu!  O, Vətən üçün canını verməyə hazırdır. Bu gün Azərbaycanın hər bir bölgəsində, hər bir sərhədində əsgərlərimizin dayanması xalqımıza sonsuz güvən verir. Cənab Prezident İlham Əliyev Azərbaycan əsgərinə verdiyi qiyməti belə ifadə etmişdir: “Azərbaycan əsgəri Vətən üçün canını fəda etdi və bu gün o, xalqımızın qəhrəmanlıq salnaməsində əbədi yaşayır.” Azərbaycan əsgərinin qələbə ruhu hər bir vətəndaşın qəlbində əks-səda tapır. Onun fədakarlığı təkcə döyüş meydanında deyil, həm də sülhün, sabitliyin qorunmasında özünü göstərir. 26 iyun – Azərbaycan Ordusunun yaradıldığı gün bizim milli bayramımızdır. Bu gün hər bir azərbaycanlının qəlbi ordumuzla döyünür. Bizim ordumuz bizim gücümüzdür, bizim sabitliyimizin təminatıdır. Azərbaycan Ordusu gələcəyimizin təminatçısıdır. Bu ordu qələbələr üçün yaradılıb, bu ordu müstəqilliyi qorumaq üçün yetişdirilib 

    Bayramın mübarək, Azərbaycan Ordusu! Bayramın mübarək, qəhrəman əsgər!




    Akif Həmidov,
    Masallı Su Meliorasiya  Sistemlərinin İstismarı İdarəsinin rəisi

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ