150 yaşlı milli mətbuatımız və biz » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 150 yaşlı milli mətbuatımız və biz

    150 yaşlı milli mətbuatımız və biz



     150 il bundan əvvəl H. B. Zərdabi əsasını qoyduğu “ƏKİNÇİ”də qəzetin, mətbuat və jurnalistikanın vəzifəsini müəyyənləşdirərək yazırdı: - “qəzet dərviş kimi nağıl deyə bilməz, onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq öz nikibədindən (nə gözlədiyindən, red.) xəbərdar olub, onun əlacının dalıncan olsun...”. 

    Kişi hələ o vaxtı ana dilimizdə bizə deyib də, qəzetin işi nəyin pis, nəyin yaxşı olduğunu camaatı başa salmaqdı, bəzi-bəzi məsələdən xalqı xəbərdar etməkdi, ona yolun avandını göstərməlidi və s.
     
    Həsən bəyi görənlərdən birinin söylədiyi kimi, “dünyaya ac gəlib, ac getsə də” Kişinin adı tarixə düşdü. Onun  mübarizəsini sonrakı illərdə “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “İrşad”, “Kaspi”,  “Molla Nəsrəddin” kimi qəzet və jurnallar davam etdirsələr də,  ilk mətbuat orqanımız olan “Əkinçi” qəzeti Azərbaycanda əsil jurnalistika ənənəsini formalaşdırdı. 
          
    Bu mərhələyə çatmaq üçün qələm sahibi öncə jurnalistikadan adlayaraq publisistikaya çatmalı idi. Publisistikada fərdi üslubda, hadisəyə yanaşmada, deyim tərzində öz yolunu tapmalıdır. Bu mənada 150 yaşını qeyd etməyə hazırlaşdığımız “Əkinçi” qəzeti Milli Mətbuatımızın tarixi abidəsidir...

     Son illər əsasən Masallıda yaşadığımdan olur ki, yolum şəhər mərkəzindən düşür. İllərlə tanıdığım, yazılarına tez-tez rast gəldiyim, rayonda mətbuatın yayımı sahəsində xüsusi rolu olan şəxslər – Ayiq Səmədov, Akif Ağayev, Cəmil Məmmədov və digər ziyalılarla görüşürəm. Rayonun ictimai-siyasi həyatında onların hər birinin danılmaz xidməti olduğundan xəbərim var...  

      Gözlədiyim kimi, söhbət mətbuatımızın keçmişindən, bu günündən, xüsusilə region mətbuatının hazırki bərbad vəziyyətindən gedirdi... Söhbət mənimlə Akif müəllimin arasında bəzən mübahisə səviyyəsinə çatırdı... Sizə jurnalist Akif Ağayev haqqında qısa arayış verim:

       Bir vaxtlar Masallıda çıxan “Çağırış” (indiki “Yeni həyat”) qəzetində qocaman qəzetçi Həsənağa Əliyev Akif Ağayev haqqında bunları yazıb: - “Cəsarətli jurnalist olaraq Akif müəllim daim öyrənməyə, ensiklopedik yaddaşını zənginləşdirməyə, qəzetçiliyin incəliklərinə varmağa, janrların rəngarəngliyini artırmağa çalışır. O, yaradıcılığını hələ məktəb illərində, gəncliyində göstərə bilmişdi. Ötən əsrin 80-ci illərində “Çağırış” (“Yeni həyat”) qəzetində yazıları vaxtaşırı olaraq dərc edililirdi. Yazdığı lirik  şeirlər, qəzəllər, bədii ricətlər qəzet səhifələrində, jurnal və almanaxlarda çap olunub. Odur ki, elə ilk gündən jurnalistikada da sözünü deyə bildi. Daim yaradıcılıq axtarışındadır... Bir jurnalist olaraq Akif Ağayevin sıramıza gəlişi qəzetimizə yeni nəfəs, yeni üslub gətirib. Bu, təkcə bizim deyil, rayon ictimaiyyətinin, oxucuların fikridir. Sevinirəm ki, estafetimiz inamlı əllərdədir. Akif müəllim həm də bacarıqlı araşdırmaçıdır. Masallıda yunan-Roma güləş məktəbinin yaradıcısı, SSRİ idman ustası, Əməkdar məşqçi, respublika dərəcəli hakim, mərhum pəhləvan Nadir Ağayevin mənalı həyat və fəaliyyətindən bəhs edən “Pəhləvanın salnaməsi“ adlı kitabının və eyniadlı sənədli filmin müəllifidir. 

    Yazıçı-publisist Akif Ağayevin yaradıcılığında vətənpərvərlik mövzusu daha çox diqqət cəlb edir. “Adiloğlu” nəşriyyatında çap olunan “Fitrətimizdədir vətənpərvərlik” kitabı rayon məktəblilərinin stolüstü dərs vəsaiti kimidir. 
    Kitabda müəllifin Birinci və İkinci Qarabağ müharibəsində, eləcə də antiterror əməliyyatları zamanı Masallıdan olan şəhid və qazilərin şərəfli ömür yolundan bəhs edən yanğılı həyat hekayələri yer almışdır...

    Akif Ağayevin jurnalistlik fəaliyyətinin dairəsi çox genişdir. “Yeni həyat” qəzetinin və eyniadlı saytın baş ədəbi işçisi, “AzPress.az”, “Azpresstaimes.info”, “QHT.az” informasiya agentliklərinin bölgə müxbiridir. AJB-nin, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvüdür. 

    Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının “2017-ci ilin idman yazarı” media mükafatına və Azərbaycan Jurnalistlər Birliyinin H.B.Zərdabi Diplomuna layiq görülüb. Bu gün də rayonun sayılıb-seçilən ziyalılarındandır...” 

    Dediyim kimi, söhbətin əsas mövzusu region mətbuatının bu günü ilə bağlı idi. Problemlərdən söz düşəndə, qeyd olundu ki, bu gün əyalət jurnalistikasının xeyli problemləri var. Məsələn, “Yeni həyat” qəzetinin mətbəəsi yoxdur. Nə qədər qəribə olsa da, bu gün sahibkarlar ticarət obyektləri açmaqda daha çox maraqlıdırlar. Lakin nədənsə onlardan heç biri mətbəə yaratmaq barədə düşünmür. Görünür, mətbəəyə gəlirsiz sahə kimi baxırlar. Halbuki, mətbəənin gəliri bu və ya digər ticarət obyektinin gəlirindən çox ola bilər.  İkinci bir məsələ: bölgənin mətbuatını, jurnalistikasını dirçəltmək və yaşatmaq üçün reklamlar önəmlidir. 

    Lakin xeyli qadağalar mövcuddur. Məsələn, əyalət qəzeti təhsil sənədi itdikdə və ya digər məlumatla bağlı yazı çap edə bilmir. Deyirlər həmin sənədlər filan qəzetdə dərc olunmalıdır. Mülkiyyətlə bağlı elanlarla da belə bir problem yaşanır. Halbuki belə şeylər KİV haqqında qanuna ziddir.  Onu da deyim ki, bu sahədə bölgə mətbuatının rəhbərlərindən qaynaqlanan problemlər də az deyil.  
     Bundan əlavə, bir zamanlar, jurnalistikaya kütləvi axın yarandı. Məhz bu kütləvi axın jurnalistikamızın əsas hədəflərdən yayınmasına gətirib çıxardı. Bu üzdən hazırda jurnalistikada savadsızlıq və qruplaşma meyilləri özünü açıq-aşkar göstərməkdədir... 
      Söhbətin bu yerində yaxınlıqdakı məsciddən azan səsi ucaldı...




    Zakir ABBAS,
    Əməkdar jurnalist, yazıçı-publisist.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ