III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi

    III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi


    III Şuşa Qlobal Media Forumu təkcə Azərbaycan mediası üçün deyil, dövlətin siyasi diplomatiyası üçün ciddi hadisə kimi tarixə düşdü. Forum həm Azərbaycan Prezidentinin yerli və qlobal media nümayəndələri qarşısında hesabatı, həm ölkənin imkanlarının nümayişi, həm də rəsmi Bakının dünyada cərəyan edən proseslərə yanaşması, gələcək planların tədqimatı idi.

    Üçüncü dəfədir ki, Şuşa Media Forumu artıq ənənəvi xarakter alaraq belə bir mühüm tədbir Qarabağda keçirilirdi. Forumda 52 ölkədən 140-a yaxın xarici nümayəndə iştirak edib. Onların arasında 30-dan artıq informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media qurumunun, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər qurumların təmsilçiləri yer alıb. Builki Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunub.

                Dünyada vəziyyət sürətlə dəyişir. II Şuşa  Forumdan bu günə kimi  görərik ki,  çox dəyişikliklər baş verib.

               Azərbaycanda 2024-cü ildə keçirilən COP29 xüsusi tədbir oldu. 197 ölkənin iştirakı ilə keçirilmiş belə bir mühüm iqlim dəyişmələri konfransında bütün dünyada çox böyük auditoriya var idi. Qeydiyyatdan keçmiş 77 min iştirakçı oldu. Qeyd etdiyim kimi, təxminən 200 ölkədən nümayəndə gəlmişdi. Onların sırasında 70 dövlət və hökumət başçısı var idi. Bu, həmin mövzunun əhəmiyyətini aydın şəkildə göstərdi. Azərbaycan ekologiyaya hörmətlə yanaşan ölkədir. Elektrik enerjisinin istehsalında nə kömürdən, nə də ki, yanacaqdan istifadə edilmir.  Yalnız su və təbii qaz ehtiyatlarından istifadə edilir və bu yaxınlarda Günəş enerjisindən istifadəyə başlayacaq. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında Azərbaycan ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcək. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara verilib. 

          COP29-da mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, Azərbaycan elə konstruktiv mühit yaratdı və özəl töhfə Verdi ki, karbon bazarlarının fəaliyyəti ilə bağlı 6-cı maddə üzərində razılıq əldə olunsun.

         Ölkə başçısı regionun yeni geosiyasi reallıqlarını mükəmməl şəkildə təsvir etdi və eyni zamanda problemlərin həlli üçün yol xəritəsini göstərdi. Regionda sülh və təhlükəsizliyin təmin olunmasının Ermənistandan, daha dəqiq desək, rəsmi Bakının şərtlərinin yerinə yetirilməsindən asılı olduğunu diqqətə çatdıran cənab Prezident bununla tərəflərin sülhə yaxınlığı ilə bağlı nikbin mesajlar verdi.

         Zəngəzur dəhlizi - sülh və əməkdaşlıq dəhlizidir. Dağıdıcı qüvvələrin bu layihə üzərindən regionda gərginlik yaratmaq səyləri baş tutmayacaq. Rəsmi İrəvan anlamalıdır ki, Zəngəzur dəhlizi regionun təhlükəsizliyində mühüm rol oynayacaq. Xarici borcun ÜDM-dəki payının cəmi 6.9 faiz olması, yoxsulluğun aşağı səviyyəsi və Qarabağda həyata keçirilən iri infrastruktur layihələri ölkənin strateji və davamlı inkişaf modelinin göstəriciləridir:

    Ənənəvi enerji infrastrukturu layihələrinə gəldikdə Azərbaycan bütün planlarına nail olub. Bəli, bu gün Avropanın daha çox Azərbaycan qazına ehtiyacı var və ölkəmiz bu həcmi artırmağa hazırdı.  Onların Azərbaycanın yaşıl enerjisinə ehtiyacı var. 2021-ci ildə bu həcm 8 milyard kubmetr idi. Bu gün 13 milyard kubmetrdir. Bu, ümumi hasilatımızın və ixracımızın yarısıdır. Əlavə həcmlər üçün isə Avropa institutları ilə bağlı yenidən praqmatik yanaşma olmalıdır.

            Azərbaycan prezidenti cənab İlham Əliyev  -“ Heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq. Baxın, Özbəkistandan olan dostumuz atam haqqında sual verdi. Bilirsiniz, o da bizim hamımız kimi bu günü - Qarabağa qayıtdığımız günü görmək istəyirdi. Amma bu, ona nəsib olmadı. Bu əraziləri azad etməzdən əvvəl mən 17 il Prezident olmuşam. Əgər imkan yaranmasaydı, bəlkə də daha 17 il gözləyəcəkdik. Burada məsələ mənlik deyil. Hesab edirəm ki, bu da ukraynalılar üçün vacibdir. Məsələ şəxsiyyətdə deyil, məsələ ambisiyada deyil. Məsələ ondadır ki, bizdən əvvəl yaşamış nəsillər və bizdən sonra yaşayacaq nəsillər qarşısında məsuliyyət hiss etməliyik.Əgər bilsəydim ki, torpaqları geri qaytara bilməyəcəyik, biz bəlkə də daha 17 il gözləyəcəkdik, sonra yenə 17 il. O zaman artıq mən olmayacaqdım və bu, vacib olmayacaqdı. Mən mənəvi baxımdan hazır idim ki, bunu kimsə başqa biri edəcək. Amma başa düşürdüm ki, əgər mən etməsəm, yəqin ki, bunu heç kim edə bilməz. Bu, bəlkə də çox iddialı səslənə bilər, amma bu, sadəcə, mənim fikirləşdiyim idi və xatirələrimi bölüşürəm.”- deyərək qələbəyə gedən yola işıq saçdı. Həmçinin  vətənə və torpağa olan sevgisinidə israr etdi:-  Biz bu torpaqlar üçün o qədər darıxmışıq, o qədər bu torpaqların həsrətində olmuşuq ki, indi qayıtmışıq və necə deyərlər, bu torpaqlarımızdan doya bilmirik. Ona görə “Böyük Qayıdış” Proqramı artıq reallaşıb. Təbii ki, bunun mərhələləri olacaq və aydan-aya, ildən-ilə qayıdan vətəndaşların sayı çoxalacaq, Qarabağ, Şərqi Zəngəzur dirçələcək. Mən “Böyük Qayıdış”ın əvvəlində demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır. Bunu burada öz gözlərimizlə görürük. 



                                                                    ƏFRAİL  FƏRZİYEV
    YAP VETERANI,
    AJB ÜZVÜ


                                                                          
                                                                                   

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 02.12.2025
    2. 19:09 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:54 Masallıda yollar əsaslı və cari təmir olunur: noyabr 2025
    4. 16:53 Masallıda şəhid ailələri və şəhid məzarlarını ziyarət: noyabr 2025-ci il
    5. 16:50 Masallıda şəhid adına görülmüş işlər: noyabr 2025-ci il
    6. 16:49 Masallıda qışa hazırlıqla bağlı su aparıcı kanallar təmizlənir: noyabr 2025
    7. 16:47 Masallıda elektrik təsərrüfatı və işıqlandırma: noyabr 2025-ci il
    8. 16:45 Masallıda abadlıq-quruculuq və xeyriyyə işləri: noyabr 2025-ci il
    9. 16:33 Masallıda 2025-cü ilin dekabr ayına olan səyyar-görüş qəbulları barədə
    10. 17:09 Masallıda Vətən Müharibəsi şəhidi Sübhan Həsənova həsr edilmiş “Dan yerinin sübhü” adlı kitabın təqdimat mərasimi 
    11. 17:01 Masallıda “Milli-mənəvi dəyərlər, həmrəylik və humanizm” adlı konsert 
    12. 10:10 Masallıda əmək yarmarkası: 20 işəgötürən müəssisə tərəfindən 100-dən artıq vakansiya
    13. 18:21 Masallıda rayon rəhbərinin 25 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    14. 18:19 Masallıda "Tarixi irsdən Müstəqil Dövlətçiliyə: Azərbaycan Konstitusiyasının rolu" mövzusunda tədbir 
    15. 09:23 “Bizim Əliş müəllim”
    16. 09:21 Azərbaycan Prezidentinə yazırlar
    17. 15:35 Rayon rəhbəri Köhnə Alvadı kəndində ərazi nümayəndəliyi üçün nəzərdə tutulmuş inzibati binaya baxış keçirib
    18. 15:33 Rayon rəhbəri Masallının Köhnə Alvadı kəndində I Qarabağ müharibəsi şəhidi Zöhrab Həsənovun ailəsi üçün tikilən evə baxış keçirib
    19. 17:42 Masallıda rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 17:18 Azərbaycan Prezidentinə yazırlar
    21. 14:39 Masallının Qəriblər ərazisinin Şıxlar kəndində 25 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    22. 11:00 Kəlbəcər Azaddır! 
    23. 10:57 25 Noyabr Kəlbəcər şəhərinin işğaldan azad edilməsinin qeyd olunduğu gündür
    24. 20:06 Namiqin qəlbində çox böyük bir Vətən sevgisi
    25. 15:30 Masallıda rayon rəhbəri inzibati binanın layihəsi ilə tanış olub
    26. 15:27 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 20.11.2025
    27. 15:24 Masallının Qarğalıq kəndində 20 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    28. 15:14 Masallıda rayon rəhbərinin 20 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    29. 15:06 Naxçıvan şəhərində “Yeni Azərbaycan Partiyası”nın (YAP) təsis konfransı keçirildi
    30. 15:02 1992-ci il 21 noyabr tarixində YAP-ın təsis konfransının keçirilməsi ilə əlaqədar
    31. 21:52 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:10 Masallıda “Sitrus, çay və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi 
    33. 13:55 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
    34. 16:24 Yeni Azərbaycan Partiyası - tarixin bütün sınaqlarından şərəflə çıxan alternativsiz siyasi qüvvədir
    35. 15:45 Şəhid Elməddin Nəzərovun şəhadətinin 5-ci ildönümü anıldı
    36. 15:43 Masallının Pircana kəndində 18 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    37. 15:35 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 18.11.2025
    38. 15:31 Azərbaycan Prezidentinə yazırlar
    39. 15:06 20 Noyabr – Ağdam Şəhəri Günü
    40. 15:02 “Azərbaycan–Özbəkistan Strateji Tərəfdaşlığı: İlham Əliyevin UzA-ya Müsahibəsində Yeni Perspektivlər”
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ