Главная > Maraqlı > Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il

Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il


Bu gün, 18:35. Разместил: admin44

Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq rayon ərazisində şəhidlər, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.

Belə ki, 2025-ci ilin 01-15 avqust tarixlərində Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Xırmandalı, Sərçuvar, Təzə Alvadı, Sığdaş, Yeyənkənd, Çaxırlı, Xıl, Türkoba, Qızılağac, Köhnə Alvadı, Tüklə, Qarğalıq, Təklə, Hişkədərə, Böyük Kolatan, Həsənli və Banbaşı ərazilərində şəhid məzarları ziyarət edilmiş, şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görüşlər keçirilmiş və onların problemləri dinlənərək həlli istiqamətində zəruri tədbirlər görülmüşdür.

шаблоны для dle 11.2
Вернуться назад