Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


Bu gün, 17:25. Разместил: admin44


Möhtərəm cənab Prezident,

Vətənimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, sosial-iqtisadi inkişafı naminə gördüyünüz məqsədyönlü və misilsiz işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm.

İşğaldan azad edilmiş doğma yurdlarımızın, el-obalarımızın bərpasını böyük qürurla seyr edirik və daha xoş gələcəyi ümidlə gösləyirik. Siz xalqımıza qol-qanad vermisiniz.

Yaşadığım kənddə Qarabağda həyata keçirilən lokal xarakterli anti-terror əməliyyatları zamanı şəhid olmuş şəxslər uyuyur. Onların və digər şəhidlərin ailələrinə hər zaman qayğı və diqqət göstərilir. Buna görə Sizə öz təşəkkürümü bildirirəm.



Hörmətlə,

Qulu Gözəlov

Azərbaycan Respublikası, Masallı rayonu, Xırmandalı kəndi.


шаблоны для dle 11.2
Вернуться назад