Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar
Azərbaycan Prezidentinə yazırlar7-10-2025, 10:41. Разместил: admin44 |
![]() Hörmətli cənab Prezident, “Masallı rayonunun Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncamınıza görə Sizə minnətdarlığımı bildirirəm. Bu sərəncam əsasında görüləcək işlərin həm bizim, həm də qonşu kəndlərin sosial-iqtisadi həyatına müsbət təsir göstərəcəyinə inanırıq. Ölkəmizdə beynəlxalq və respublika əhəmiyyətli yollarla yanaşı, kəndlərarası yolların da diqqətdə saxlanılması, yeni yolların çəkilməsi və mövcud yolların əsaslı təmir olunması həyatımıza firavanlıq, kənd və qəsəbələrə rifah və tərəqqi gətirir, insanlara sevinc bəxş edir. Cənab Prezident, Ulu Tanrı hər zaman yolunuza işıq salsın. Hörmətlə, Kənan Sadıqov, Azərbaycan Respublikası, Masallı rayonu, Xıl kəndi. Вернуться назад |