Главная > Maraqlı > Şəhid İbrahim Lələyevin şəhadətinin 5-ci ildönümü anıldı
Şəhid İbrahim Lələyevin şəhadətinin 5-ci ildönümü anıldıBu gün, 17:22. Разместил: admin44 |
11 oktyabr 2025-ci il tarixində Masallı rayonunun Hişkədərə kəndində şəhid Lələyev İbrahim Həzrətqulu oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır. Şəhid İbrahim Lələyevin şəhadətə yüksəlməyinin 5-ci ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov, ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri, din xadimləri və şəhid ailələri birlikdə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Вернуться назад |