Главная > Maraqlı > Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 oktyabr 2025-ci il

Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 oktyabr 2025-ci il


Dünən, 19:12. Разместил: admin44

Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq rayon ərazisində şəhidlər, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.

Belə ki, 2025-ci ilin 01-15 oktyabr tarixlərində Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Masallı şəhər, Böyük Kolatan, Xırmandalı, Mahmudavar, Təklə, Çaxırlı, Köhnə Alvadı, Şıxlar, Güllütəpə, Sığdaş, Təzəkənd, Sərçuvar, Güllütəpə, Təzə Alvadı, Banbaşı, Göyəçöl, Viləş Hişkədərə, Qarğalıq və Yeyənkənd ərazilərində şəhid məzarları ziyarət edilmiş, şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görüşlər keçirilmiş və onların problemləri dinlənərək həlli istiqamətində zəruri tədbirlər görülmüşdür.
шаблоны для dle 11.2
Вернуться назад