Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
- Dünən, 19:43
- Maraqlı
- 0
- 120

29 oktyabr 2025-ci il il tarixində Masallı rayonunun Kolatan kəndində şəhid Quliyev Əli Turac oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır.
Şəhid Əli Quliyevin şəhadətə yüksəlməyinin 5-ci ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri, din xadimləri, şəhid ailələri və kənd sakinləri birlikdə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.





























