Masallıda “Vətən Müharibəsi Qəhrəmanı” İntiqam Əsgərlinin şəhadətinin 5-ci ildönümü anıldı
- Bu gün, 15:45
- Maraqlı
- 0
- 9
09 noyabr 2025-ci il tarixində Viləş kəndində “Vətən Müharibəsi Qəhrəmanı” Əsgərli İntiqam Bayram oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır.Şəhid İntiqam Əsgərlinin şəhadətə yüksəlməyinin 5-ci ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov, Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə, ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri, din xadimləri, şəhid ailələri və kənd sakinləri birlikdə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.































