Tarixin nişanəsi — misgərlik sənəti » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Tarixin nişanəsi — misgərlik sənəti

    Tarixin nişanəsi — misgərlik sənəti

    İncəliyin və zəhmətin vəhdəti

    Tarixin dərinliklərindən süzülüb bu günə qədər gələn, mədəni irsimizin nadir incilərindən biri olan misgərlik sənəti, həm estetik gözəlliyi, həm də zəhmət və bacarıq tələb edən mürəkkəb texnikası ilə seçilir. Bu sənət təkcə bir peşə deyil, həm də xalqımızın zəngin keçmişinin, zövqünün və əllərinin qüdrətinin canlı göstəricisidir.

    Qədim Dəmir dövrünə qədər uzanan misgərlik sənəti əsrlər boyu nəsildən-nəslə ötürülərək bu günümüzə qədər gəlib çatıb. Bu sənət vasitəsilə hazırlanan qazan, məcməyi, tava, teşt və digər məişət əşyaları, habelə dekorativ suvenirlər həm funksional, həm də estetik baxımdan dəyərli hesab olunur.

    Bu qədim sənətin yaşadılmasında və gələcək nəsillərə ötürülməsində fədakar sənətkarlarımızın rolu danılmazdır. Belə sənətkarlardan biri də Masallı rayonunun Boradigah qəsəbəsində yaşayan Taleh Ağayevdir. Əslən İsmayıllı rayonunun Lahıc qəsəbəsindən olan Taleh 1967-ci ildə Ağdam şəhərində anadan olub. Elə həmin il ailəsi ilə birlikdə Masallıya köçən Talehin ailəsi burada misgərlik sənəti ilə məşğul olmağa başlayıb.

    Ailədə 10 övlad böyüyüb – 5 qardaş, 5 bacı. Talehin atası, mərhum Nurəddin usta, bu sənətlə ailəsinin dolanışığını təmin edib və onun incəliklərini övladlarına da sevə-sevə öyrədib. O dövrlərdə misgərlik böyük tələbat gördüyündən ailəlikcə bu işlə məşğul olublar. Taleh də qardaşları kimi uşaqlıqdan bu sənətə bağlanıb. Zamanla böyük qardaşları başqa sahələrə yönəlsə də, evin sonbeşiyi Taleh ata-baba sənətinə sadiq qalıb, onu qoruyub, inkişaf etdirib və bu gün ustad sənətkar kimi tanınıb.
    Taleh ustanın emalatxanasında ilk baxışda hər şey sadə görünür: bir neçə alət, mis lövhələr, köhnə çəkiclər və illərin izini daşıyan zindan. Amma o, işə başlayanda anlayırsan ki, misgərlik, göründüyü qədər sadə olmayan, incəlik, dəqiqlik və səbr tələb edən bir sənətdir.

    Usta Taleh deyir ki, bu sənətə yiyələnmək üçün yalnız texniki bilik kifayət etmir, zövq, səbr və yaradıcılıq da olmalıdır. O, əvvəlcə mis parçasını diqqətlə təmizləyir, sonra odun alovunda əridir və xüsusi qəliblər vasitəsilə istədiyi formaya salır. Ardınca diyircəkli qələmini əlinə alıb, qabın üzərində ilkin eskizi çəkir. Bəzən isə heç bir çertyoj olmadan, birbaşa həssas döymə texnikası ilə naxışları misin sinəsinə işləyir.

    Taleh usta gülümsəyərək deyir ki, hər naxışın öz nəfəsi var, onu duymaq lazımdır. Həqiqətən də, bəzən o, əvvəlcə naxışı vurur, sonra qabı formalaşdırır; bəzən isə tam əksinə hərəkət edir. Hər zərbə, hər xətt sənətkarın illərlə cilalanmış bacarığının və daxili zövqünün təcəssümüdür.
    Onun əlində yaranan hər bir mis məmulat sadəcə bir əşya deyil – zəhmətin, sənətin və irsin bədii ifadəsidir.

    Taleh Ağayevin əl işləri təkcə Masallı rayonunda deyil, ölkənin müxtəlif guşələrində keçirilən sərgi və tədbirlərdə nümayiş olunur, maraq və rəğbətlə qarşılanır. O, müxtəlif illərdə beynəlxalq layihələrə qatılıb, festivallara dəvət alıb.

    Müasir dövrdə plastik və digər sintetik materiallardan hazırlanmış əşyalar bir müddət mis məmulatların yerini alsa da, bu gün insanlar yenidən təbiiliyə, sağlamlığa və estetikaya üz tutublar. Mis qabların sağlamlıq baxımından faydalı olması, həmçinin onların uzunömürlülüyü və bədii dəyəri bu sənətin yenidən gündəmdə olmasının əsas səbəbləridir. Bu gün mis məmulatlar təkcə məişətdə deyil, həm də dekorativ və kolleksiya məqsədilə geniş şəkildə istifadə olunur.

    Bu marağın artdığını usta Talehin sözlərində də hiss etmək mümkündür. O, söyləyir ki, Masallının bir çox kəndlərində bu gün də mis qablar qorunub saxlanılır. Qonşu kənd sakinləri bu qablardan xeyir-şər məclislərində, ailə süfrələrində böyük hörmət və ehtiramla istifadə edirlər. Usta gülümsəyərəkr: “Həm yeni qablar düzəldir, həm də köhnələrini təmir edirik. Dolanışığımız da pis deyil.”

    Bu gün Taleh ustanın məmulatlarına təkcə yerli əhali deyil, İran, Rusiya, Türkiyə və Almaniya kimi ölkələrdən də sifarişlər gəlir. Təxminən on il əvvəl Moskva şəhərində keçirilən sərgidə onun hazırladığı samovar tamaşaçıların böyük marağına səbəb olmuşdu. Bu hadisə Taleh ustanın sənətinə olan beynəlxalq dəyərin göstəricisidir.

    Usta bildirir ki, onun hazırladığı bürünc və misdən düzəldilmiş kiçik suvenirlər, bilərziklər, qab maketləri və dekorativ əşyalar xüsusilə xarici qonaqların diqqətini cəlb edir.

    Hazırda Talehin qohumlarından bu sənəti davam etdirən olmasa da, onun yanında çalışan 14 yaşlı Əli Məhəmmədlini görəndə adamda bir təskinlik yaranır. Yəni sənətin nəfəsi hələ yaşayır, o, gələcək nəsillərin əlləri ilə yenidən dirçələcək.
    Misgərlik yalnız bir əşya düzəltmək deyil, tarixi yaşatmaq, mədəniyyəti qorumaq, estetik duyğunu oyatmaq və millətin kimliyini ifadə etmək deməkdir. Taleh Ağayev kimi sənətkarların fəaliyyəti isə bu qədim sənətin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyət daşıyır.


    Akif AĞAYEV






    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ