12 noyabr 2025-ci ildə Prezident İlham Əliyev
- Bu gün, 09:56
- Maraqlı
- 0
- 12

Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyəti başçılarını qəbul etmişdir. Görüş zamanı dövlət başçısı Naxçıvanın inkişaf perspektivləri, bölgədə həyata keçirilən islahatlar və qarşıda duran vəzifələr barədə ətraflı danışmışdır.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir və burada həyata keçirilən layihələr ölkənin ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir. Dövlət başçısı vurğulamışdır ki, bölgənin sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi və yeni iş yerlərinin yaradılması daim diqqət mərkəzində olmalıdır.
Çıxışında Prezident yerli icra orqanlarının qarşısında mühüm tapşırıqlar qoymuş, dövlət siyasətinin əsas məqsədinin xalqın mənafeyinə xidmət etdiyini bildirmişdir. O, həmçinin Naxçıvanın coğrafi mövqeyindən səmərəli istifadə edilməsinin, iqtisadi əlaqələrin genişləndirilməsinin və nəqliyyat-logistika potensialının artırılmasının vacibliyini qeyd etmişdir.
Prezident İlham Əliyevin çıxışı, dövlət idarəçiliyində şəffaflıq, məsuliyyət və vətəndaşlara xidmət prinsiplərinin bir daha önə çəkildiyini göstərdi. Naxçıvanda keçirilən bu qəbul ölkəmizin regional idarəetmə sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Elmar Qulamov,
Bala Kolatan





























