Şərəfə kəndində Vətən Müharibəsi şəhidi Ramazan Vəliyev küçəsinə asfalt örtüyü döşənmişdir
- Bu gün, 17:20
- Maraqlı
- 0
- 8
Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və daxili imkanları hesabına Şərəfə kəndində şəhid Ramazan Vəliyev küçəsində infrastruktur yenilənməsi işləri həyata keçirilib. Layihə çərçivəsində 47 saylı Yol İstismarı MMC tərəfindən 370 metr uzunluğunda yola asfalt örtüyü döşənmişdir. Görülən işlər əhalinin rahat hərəkətini təmin etmək, kəndin yol-nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq və bölgədə ümumi yaşayış şəraitini daha da yüksəltmək məqsədi daşıyır.
Asfaltlanma prosesi yüksək keyfiyyət standartlarına uyğun aparılmış və yolun istismar müddətinin artırılması üçün lazım olan texnoloji tələblər gözlənilmişdir. Masallı Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən bu cür layihələr kəndlərin sosial-iqtisadi inkişafına, sakinlərin gündəlik həyat şəraitinin yaxşılaşmasına mühüm töhfə verir. Şəhidin ailə üzvləri görülmüş işlərə, yol çəkilişinə və onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və zəhməti olanların hər birinə dərin minnətdarlıqlarını ifadə ediblər.






























