Azərbaycanın Milli Qəhrəmanı Əlyar Əliyevin məzarını ziyarət etmək arzusu... » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanın Milli Qəhrəmanı Əlyar Əliyevin məzarını ziyarət etmək arzusu...

    Azərbaycanın Milli Qəhrəmanı Əlyar Əliyevin məzarını ziyarət etmək arzusu...

    Bəzən insanın qəlbində adı olmayan bir ağırlıq olur. Nə səs verir, nə də insanı tərk edir. Sadəcə içində yaşayır. Mənim qəlbimdəki o ağırlığın adı çoxdan bəlli idi – Birinci Qarabağ müharibəsinin qəhrəmanı, Azərbaycanın Milli Qəhrəmanı Əlyar Əliyevin məzarını ziyarət etmək arzusu. Bu arzu zaman keçdikcə bir istəyin deyil, bir vicdan borcunun səssiz çağırışına çevrilmişdi.

    Onu xatırladıqca anlayırdım ki, insan torpaqdan getmir, torpağa qarışır. Əlyarın sakit, təmkinli, gülərüz siması xatirələrimdə elə yaşayırdı ki, sanki zaman ona toxuna bilməmişdi. Hər dua, hər xatırlayış ruhuma bir az işıq gətirsə də, içimdəki nisgil dinmirdi. Oğlu Emin Əliyevlə danışanda qəlbimdə bir təsəlli tapırdım, amma xatirələr susmurdu. Çünki insan sevdiyi və hörmət etdiyi şəxsə borclu qalanda, qəlbi rahatlıq tanımır.

    Onunla çiyin-çiyinə yol getmiş, sirrini bölüşmüş, Masallı şəhər sakini Əhəd Əhədovla söhbətlərimizdə bu ziyarət artıq bir arzu yox, mənəvi bir and idi. Çünki bəzi insanlar həyatları ilə deyil, ölümləri ilə xalqın yaddaşına çevrilirlər. Əlyar Əliyev də o nadir adlardandı – susaraq danışan, getməklə qalanlardan.

    Yolumuzu Qubadlıya bağlayan icazəsizlik uzun müddət bu andı səbrə məhkum etdi. Lakin qəlbin istədiyi yerə gedən yol gec-tez açılır. Məndən kiçik qardaşım, həmin torpaqlarda yol tikintisində çalışan Zaman Ağayev, Qubadlının Qəzyan kəndində, uca bir təpənin başında dalğalanan üçrəngli bayrağın fonunda Əlyarın abidəsi önündən bir şəkil göndərəndə, sanki sözsüz bir məktub oxudum. O görüntü məni qəhərləndirdi. Anladım ki, bəzən təsəlli sözlə yox, mənzərə ilə gəlir.

    Bu duyğular məni qərara gətirdi. Cənab Prezident İlham Əliyevin Cəbrayıl, Qubadlı və Zəngilan üzrə təyin etdiyi Xüsusi Nümayəndəliyə müraciət etdim. Məqsədim araşdırıldı, niyyətim dinlənildi. Və nəhayət, icazə… Xüsusi nümayəndəliyin əməkdaşı Aqil müəllimin verdiyi müsbət cavab, qəlbimdə uzun müddət susan bir sevincin səsini oyatdı. Dövlətin şəhidə göstərdiyi hörmət, insanın içindəki inamı daha da möhkəmləndirir. Bu etimada görə Cənab Prezidentimizə öz adımdan və bütün Əlyarsevərlər adından minnətdaram.
    14 dekabr 2025-ci il.

     Tarix sadə bir gün idi, amma mənim üçün bir ömrün hesabat günü. Mən, Əhədov Əhəd, Hüseynov Sübhan və Masallı Dövlət Regional Kollecinin gənc müəllimi Fərid Məmmədov Qubadlının Qəzyan kəndinə çatdıq. Ucalıqda yerləşən məzarlıqda, Əlyar Əliyevin və onunla eyni gündə şəhid olmuş Ağayev Əlisəadətin məzarları qarşısında dayananda, sözlər boğazımda düyünləndi. Orada danışan dil deyildi – vicdan idi.

    Həzin bir səslə pıçıldadım:
    — Sizin qanınız yerdə qalmadı. Sizin yarımçıq qalan yolunuzu igid Azərbaycan əsgərləri davam etdirdi. Bu torpaqlar artıq azaddır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən öz sahiblərinə qayıdıb. Siz sözünüzü dediniz, indi söz torpağındır…

    Masallıda da sizin kimi şəhidlərin adı ehtiramla çəkilir. Şəhid ailələrinə göstərilən diqqət sübut edir ki, bu xalq öz qəhrəmanlarını unutmur, unutmayacaq.

    Rahat yat, Əlyar. İnsan ölümü ilə yox, unudulanda itir. Sən isə yaddaşın özünə çevrilmisən. Artıq Allahın rəhmətindəsən, amma bir xalqın vicdanında əbədi yaşayacaqsan.













         


    Namik Ağayev,
    Masallı Dövlət Regional Kollecinin Rus dili və ədəbiyyatı müəllimi.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    2. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    3. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    4. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    5. 14:35 Yeni şeirlər
    6. 10:59 Perspektivli idmançıların aşkarlanması
    7. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    8. 15:56 100 illik ömrün işığı
    9. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    10. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    11. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    12. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    13. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    14. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    15. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    16. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    17. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    18. 14:19 QANLI YANVAR
    19. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    20. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    21. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    22. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    23. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    24. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    25. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    26. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    27. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    28. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    29. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    30. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    31. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    33. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    34. 15:37 Masallıda 15-30 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 15:36 Masallının yollarında təmir işləri davam etdirilir 15-30 dekabr 2025
    36. 15:35 Masallıda abadlıq və xeyriyyə işləri 15-30 dekabr 2025
    37. 14:25 Şəhid Rəşid Lətifovun şəhadətinin 5-ci ildönümü anıldı
    38. 17:29 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü - 29.12.2025
    39. 11:02 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı
    40. 10:59 Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ