Yeni şeirlər
- Bu gün, 14:35
- Maraqlı
- 0
- 18

Gözəl Masallı
Sənin qucağında boy atmışam mən,
Qoynunda yaşayıb yaratmışam mən,
Adını qəlbimdə yaşatmışam mən,
Ey gözəl diyarım, gözəl Masallı!
Torpağının üstə izim var mənim,
Yanan atəşində közüm var mənim,
Hər an dilimdə bir sözüm var mənim,
Ey gözəl diyarım, gözəl Masallı!
Varlığındır çəkən ruhuma sığal,
Sevgindən doğulur şirin bir vüsal,
Səni gözəlliyə çəkərəm misal,
Ey gözəl diyarım, gözəl Masallı!
Məhəbbət ƏKBƏR.





























