Azərbaycan Prezidentinə yazırlar
- Bu gün, 16:20
- Maraqlı
- 0
- 14

Çox hörmətli Ali Baş Komandan, cənab Prezident!
Biz, Masallı rayonunun Qodman kənd sakinləri və öz ailələrimiz adından Sizə minnətdarlıq edirik. Sizin qayğınız sayəsində gözəl cəmiyyətdə, azad dünyada, problemsiz həyatda yaşayırıq. Hər bir tapşırığınıza, əmrinizə hər zaman hazırıq. Ona görə də səy və çalışqanlıqla çalışır, gələcək hər günümüzə ümidlə baxır, Allaha dualar edrik.
Masallıda yaşayan şəhid ailələrinə dərin diqqətinizə görə də Sizə çox minnətdarıq. Sizin tapşırıqlarınız əsasında arzularımız yerinə yetirilir. Çox söz demək olar. Ölkə vətəndaşlarına bu şəraiti yaratdığınız üçün bir daha Sizə təşəkkür edir, Uca Allahdan Sizə uzun ömür arzu edirik.
Hörmətlə,
Zərbiyev Oktay Qürbət oğlu, şəhid atası
Əliyev Bəybala Xanverdi oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Qodman kəndi.




























