Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi

    Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi

    Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri olan milli mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir. Azərbaycan və eləcə də bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyət vasitəsi olan mətbuatın yaranması əslində ölkədə gedən mühüm ictimai-siyasi, iqtisadi və mədəni proseslərlə, o cümlədən maarifçilik hərəkatının, dünyəvi teatrın və yeni tipli məktəbin təşəkkül tapması ilə sıx bağlıdır.
    1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfin xəbəri" adlı azərbaycanca buraxılan əlavə milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlar olmuşdur. Rəsmi bülleten xarakteri daşıyan həmin nəşrlər sözün əsl mənasında hələ qəzet adlandırıla bilməzdi.

    Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlmisində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzeti səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.

    Mütərəqqi ideyaların carçısı və tribunası olan "Əkinci" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. Qəzetdə təbiət elmləri və kənd təsərrüfatının inkişafı ilə bağlı elmi-kütləvi məqalələr verilirdi. "Əkinçi" Azərbaycandan kənarda da - Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə yayılırdı.
    Milli demokratik mətbuatın "Əkinçi" qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri - maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynadı.

    1877-ci ildə "Əkinçi" qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq ölkəmizdə bir müddət azərbaycanca mətbu orqan çıxmamışdır. Ölkədə cərəyan edən ictimai proseslər və cari məsələlər bir müddət yerli rusdilli mətbuatda öz əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə birinci nömrəsi 1871-ci ilin mart ayında işıq üzü görən "Bakinski listok" olmuşdur. 1876-cı ildə ikinci rusdilli qəzet "Bakinskiye izvestiya" nəşrə başlamışdır. Rusdilli qəzetlər içərisində daha uzunömrlü olmuş "Kaspi"nin 1897-ci ildən etibarən nşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüş və təxminən həmin dövrdən onun redaktoru Əlimərdan bəy Topçubaşov, sonralar isə Əlibəy Hüseynzadə olmuşdur. Rus dilində nəşr edilən qəzetlər Azərbaycan səhifəsi yaratmaq təşəbbüsü göstərsələr də buna nail ola bilməmişlər.

    1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olmuşdur. Qəzetin cəmi 104 nömrəsi çıxdıqdan sonra 1880-ci ildə o, çapını dayandırmışdır. 1883-1891-ci illərdə Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı çıxırdı.

    XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti olmuşdur. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri olmuşdur. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı. "Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemənzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bilmişdi. Qəzetin ən böyük xidmətlərindən biri də Cəlil Məmmədquluzadəni bir jurnalist kimi üzə çıxarması oldu. O, mətbuatda demokratik cərəyanın bərqərar edilməsində mühüm rol oynayan peşəkar bir redaktor kimi məhz bu qəzetdə yetişmişdir.

    Artıq "Şərqi-rus" qəzeti ətrafında formalaşmış yaradıcı heyət Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin başlanması üçün zəmin yaratdı. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə 1906-cı il aprelin 7-də Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - "Molla Nəsrəddin" işıq üzü gördü. 1918-ci ilədək Tiflisdə nəşr olunan jurnal 1921-ci ildə Təbrizdə, 1921-1931-ci illərdə isə Bakıda çap olunmuşdur.

    Mütərəqqi ideyaların carçısı olan "Molla Nəsrəddin" jurnalı müstəmləkəçilik siyasətini, geriliyi, mövhumatı amansız satira atəşinə tutur, Azərbaycan dilinin saflığı uğrunda ardıcıl mübarizə aparırdı. Kəskin və cəsarətli tənqidi çıxışlarına, acı həqiqətləri söylədiyinə görə daim hücum və təqiblərə məruz qalan jurnalın nəşri çar senzurası tərəfindən dəfələrlə dayandırılmış, bir sıra nömrələri müsadirə olunmuş, redaktoru bir neçə dəfə məhkəmə məsuliyyətinə cəlb edilmiş, cərimə edilmişdir. Lakin bütün təqib və təzyiqlərə baxmayaraq, "Molla Nəsrəddin"in haqq səsi çox keçmədən Qafqazın hüdudlarını aşıb Rusiyada, türk aləmində, bütün Yaxın və Orta Şərqdə eşidildi. Jurnalın Mərkəzi Asiyada, Krımda, İrəvan, Kazan, Ufa, Həştərxan, Orenburq, Təbriz, Tehran, Ərzurum, İstanbul, Qahirə, Bombey, Kəlküttə və sair şəhərlərdə çoxlu oxucusu var idi.

    "Molla Nəsrəddin" dövrünün mühüm siyasi hadisələrinə səs verir, milli oyanış prosesinə xidmət edirdi. Jurnalın mövzu və təsir dairəsi çox geniş idi. "Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik ziyalıları öz ətrafında toplamışdı. Jurnalda Azərbaycanın görkəmli şair, yazıçı və jurnalistləri ilə yanaşı Oskar Şmerlinq, İosif Rotter, Əzim Əzimzadə kimi rəssamlar da fəaliyyət göstərərək Azərbaycanda yeni rəssamlıq məktəbinin təməlini qoydular. "Molla Nəsrəddin"in müasir ədəbiyyat, maarifləşmə, demokratikləşmə uğrunda mübarizəsi, onun güclü satirası jurnalda əməkdaşlıq edən sair və yazıçıların yaradıcılıq istiqamətini müəyyən etmiş, onların görkəmli sənətkar kimi formalaşmasında həlledici amil olmuş, beləliklə də "Mollanəsrəddinçilik" adlı böyük bir ictimai-ədəbi hərəkat yaranmışdı. Mollanəsrəddinçilər klassik Azərbaycan, Şərq, rus və dünya bədii-publisist irsinin ənənələrindən, xalq yumorundan məharətlə bəhrələnərək, milli mətbuat tarixində satirik jurnalistikanın bünövrəsini qoyulmuş, Azərbaycan publisistikasını janr və üslub rəngarəngliyi ilə zənginləşdirərək onun inkişafında misilsiz rol oynamışlar.

    Bu dövr Azərbaycanda uşaq və valideynlər üçün "Dəbistan", "Rəhbər", "Məktəb" kimi jurnalların buraxılması ilə də əlamətdar idi. Azərbaycan ziyalılarının fəal iştirakı ilə nəşr olunan "Həyat", "Füyuzat", "Təzə həyat", "Şəlalə", "Açıq söz", "Dirilik" kimi qəzet və jurnalların da mətbuatımızın inkişafında böyük rolu olmuşdur.

    Əsrin əvvəllərində Azərbaycanda çıxan dövri mətbuat orqanları sözsüz ki, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşdur.
    Azərbaycanın 1918-ci il mayın 28-də öz müstəqilliyini qazanmasında milli mətbuatın da mühüm rolu olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin bütün xadimlərinin həm bir lider kimi formalaşmasında, həm də onların siyasi fəaliyyətinin gerçəkləşdirilməsində mətbuatın misilsiz xidmətləri vardır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ümummilli platformadan çıxış edən "Azərbaycan" qəzetinin dahi Üzeyir bəy Hacıbəyov tərəfindən nəşr edilməsi ictimai-siyasi proseslərin milli mədəniyyətin inkişafı ilə nə qədər bağlı olduğunun ən bariz nümunəsidir. Əslində Cümhuriyyət dövrü mətbuatının fəaliyyəti Həsən bəy Zərdabi ideyalarının, "Əkinçi" prinsiplərinin həyata keçirilməsinin yeni və çox mühüm mərhələsi idi. Təəssüf ki, bu mərhələnin ömrü az oldu.
    XX əsrin 70 ildən artıq dövri sovet mətbuatının fəaliyyət göstərdiyi illərə təsadüf edir. Bu dövrün də xüsusi yeri vardır. Məhz bu illərdə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, mətbuat kütləvi informasiya vasitələrinin yeni növləri hesabına zənginləşmişdir. Jurnalistikanın çeşidki növləri meydana çıxmışdır. Mətbuat daha çox partiyalı, sinifi olsa da, vətənpərvər jurnalistlərimiz öz qələmlərini daim xalqın xidmətində işlətmiş və bu yolda bəzən təqiblərə də məruz qalmışlır.

    Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mətbuatın inkişafı daha çox partiyalı mövqe ilə bağlı idi. Respublikanın "Kommunist" (ilk nömrəsi 1919-cu ildə çıxmışdır), "Bakinskiy raboçiy" (1906-ci ildən çıxır), "Vışka" (1928-ci ildən çıxır), "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana" (ilk nömrələri 1919-cu ildə çıxmışdır), "Bakı", "Baku" (1958-ci ildən çıxır), "Ədəbiyyat və incəsənət" (1934-cü ildən çıxır) və sair tanınmış mətbuat orqanlarında kommunist ideologiyası ilə bağlı məsələlərlə yanaşı respublikanın iqtisadi, elmi, mədəni inkişafı ilə əlaqədar problemlər də öz əksini tapırdı. 

    Xalqın həyatının işıqlandırılmasında, ideoloji buxovların mövcudluğuna baxmayaraq, öz səhifələrində müxalif fikrə də yer verən, o dövr üçün doğrudan da vətənpərvər ruhlu məqalələr dərc edən mətbuat orqanlarının milli şüurun və özünüdərkin formalaşdırılmasında böyük rolu olmuşdur. Bu qəzetlərin xalqımızın dil, ədəbiyyat və mədəniyyətinə həsr etdiyi, azərbaycançılıq ideyasına xidmət edən yazıları bu gün də aktual olaraq qalır və totalitar rejim şəraitində belə Azərbaycan jurnalistikasının mövqeyini nümayiş etdirir. Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, o öz milli varlığını qoruyub saxlaya bilmiş, əldə etdiyi zəngin ənənələri davam etdirərək respublikanın ictimai-siyasi həyatında fəal rol oynamışdır. Məhz bu dövrdə publisistikanın tamamilə yeni bir növü- teleradio jurnalistikası təşəkkül tapdı. Mətbuatımızın coğrafiyası və ifadə vasitələri genişlənərək respublikanın ictimai-siyasi həyatının demək olar ki, bütün sahələrini əhatə etmişdir.

    Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox səhələrində olduğu kimi mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Hələ Azərbaycan Xalq Cümhuriyyәti illərindən sonra rüşeym halında inkişafını dayandırmış proseslər yenidən dirçәlәrәk demokratik mətbuatın inkişafına xidmət etdi.

    Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxardı. Bu gün hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən Azərbaycanda xeyli sayda müxtəlif kütləvi informasiya vasitəsi - qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri fəaliyyət göstərir. Bu da ölkəmizin mətbuatının inkişaf yolunda olmasına dəlalət edir.

    Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir.

    Yarandığı 150 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçmişdir. Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə malik olması, Şərq və Qərb sivilizasiyasının qovuşduğu məkanda formalaşmış mədəniyyəti demokratik milli mətbuatın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. Belə ki, müasir günlərdə, iyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Forumunda çıxışı ölkəmizin uzunmüddətli strategiyasının tezislərini özündə əks etdirir. III Qlobal Media Forumunda möhtərəm cənab Prezident geniş məzmunlu çıxışı ilə Şuşadan dünyaya Azərbaycanın haqq səsini ifadə etmiş oldu. Bu, həm Azərbaycan reallıqlarının beynəlxalq arenada təbliği, həm də ölkəmizin Qarabağda həyata keçirdiyi sürətli bərpa-quruculuq işlərinin bütün dünya tərəfindən tanınması baxımından mühüm əhəmiyyətə malikdir.

    Şuşa Qlobal Media Forumunun Milli Mətbuat Gününün qeyd olunduğu ərəfədə keçirilməsi də xüsusi diqqət çəkir. Builki Foruma dünyanın 52 ölkəsindən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu qatıldı. Dövlətimizin başçısı üç saata yaxın media nümayəndələrinin suallarını ətraflı cavablandırdı və demək olar bütün mövzuları əhatə etdi. Artıq neçə gündür ki, xarici media Prezident İlham Əliyevin fikirlərinə geniş yer ayırmaqdadır. Bu, Azərbaycan Liderinin nüfuzundan, beynəlxalq müstəvidə ona olan maraqdan irəli gəlir.
    Xüsusilə qeyd etməliyəm ki, III Şuşa Qlobal Media Forumunda dövlətimizin başçısının çıxışı Azərbaycan dövlətinin regionda və beynəlxalq arenada tutduğu qətiyyətli mövqeyini tanıtmaqla bərabər, həm də dövlətimizin uzunmüddətli strategiyasının mesajları oldu...




    Əlihüseyn Şükürov,
    Masallıda çıxan “Yeni həyat “ qəzetinin və eyni adlı saytın Baş redaktoru, RF Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
    “90 il komsomolda” və “Azərbaycan Milli mətbuatının 150 illiyi” medallı.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ