Folklorşünas-alimin yeni elmi-ədəbi toplusu çapdan çıxıb » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Folklorşünas-alimin yeni elmi-ədəbi toplusu çapdan çıxıb

    Folklorşünas-alimin yeni elmi-ədəbi toplusu çapdan çıxıb


    AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Füzuli Bayatın “Kəlmələrin yolçuluğu: ön sözlərdən elmə, şeirdən romana” adlı yeni kitabı nəşr olunub.

    İnstitutdan AZƏRTAC-a bildirilib ki, topluda müəllifin müxtəlif illərdə qələmə aldığı elmi, ədəbi-tənqidi və analitik yazılar, eləcə də ayrı-ayrı nəşrlərə yazılmış ön sözlər bir araya gətirilib. Toplu yalnız müxtəlif mətnlərin antologiya prinsipi əsasında bir araya gətirilməsi deyil, müxtəlif ədəbi, elmi və estetik kontekstlərdə formalaşmış düşüncə sisteminin ardıcıl şəkildə təqdim olunması kimi səciyyələndirilir. Yazılar xronoloji ardıcıllıqla təqdim edilərək müəllifin uzun illər ərzində formalaşan intellektual axtarışlarının, estetik yanaşmalarının və poetik təhlil metodologiyasının inkişaf xəttini izləməyə imkan verir. Nəşrdə Şah İsmayıl Xətainin çoxşaxəli irsi, Rəsul Rzanın poeziyası, Anarın nəsrində ölüm və ekzistensial tənhalıq, dünyanın dərkinin poetik formaları, Arif Fərzəlinin və Vahid Əzizin yaradıcılığı, o cümlədən Vahid Əzizin şeirlərində Qarabağ müharibəsi kimi mövzular araşdırılır. Kitabda, həmçinin ocaq kultunun dini-təsəvvüfi əsasları, Dədə Qorqud ənənəsinin müasir ədəbiyyatda təzahürləri, Süleyman Əlisanın yaradıcılığı, Nurəddin Ədiloğlunun “Taxt və Tabut” romanı, müasir eşq dastanları və türk xalqları folklorunun tarixi-müqayisəli mənzərəsi kimi məsələlərə geniş yer verilir. Kitabda poeziyanın estetik və semiotik imkanlarından folklorun struktur-semantik xüsusiyyətlərinə, kollektiv yaddaşdan mifoloji və dini-təsəvvüfi düşüncə qatlarına qədər müxtəlif istiqamətlər bir-biri ilə əlaqəli şəkildə təhlil edilir. Müəllif poetik mətnləri yalnız ədəbi nümunə kimi deyil, həm də onların arxasında dayanan semiotik, hermenevtik, estetik və sosial-mədəni prinsiplər kontekstində nəzərdən keçirir.

    Nəşrin diqqətçəkən cəhətlərindən biri də bəzi yazıların ilk dəfə çap olunmasıdır. Anarın ölüm mövzusu ətrafında qurulmuş ekzistensial hekayələrinə həsr olunmuş təhlil, Kamal Abdullanın əsərlərindən biri ilə bağlı hazırlanmış, lakin müzakirə mərhələsində səsləndirilməmiş məqalə, həmçinin Tahir Orucovun “Xalq oyunları: poetikası və mətnləri” araşdırması üçün yazılmış elmi məqalə ilk dəfə bu kitabda oxuculara təqdim edilir. “Kəlmələrin Yolçuluğu” adı kitabın əsas konseptual xəttini də ifadə edir. Müəllifin yanaşmasına görə, kəlmə ön sözlərdən elmi təhlillərə, şeirdən hekayə və roman nəzəriyyəsinə qədər uzanan intellektual yol keçərək müxtəlif diskurslar arasında əlaqə yaradır. Kitab ədəbiyyatşünaslıq, folklorşünaslıq və humanitar elmlərin digər istiqamətləri üzrə araşdırma aparan mütəxəssislər, tədqiqatçılar, ali məktəb müəllimləri, tələbələr, eləcə də Azərbaycan ədəbiyyatı və folkloru ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.



    Tünzalə Arazlı
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:15 Masallıda “Bilik Günü” qeyd olunub-15.09.2026
    2. 14:02 Folklorşünas-alimin yeni elmi-ədəbi toplusu çapdan çıxıb
    3. 13:59 Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə erməni revanşist qüvvələrin reaksiyası
    4. 13:18 Tural Ağammədov: “Avqust ayında büdcə gəlirlərində artım müşahidə olunub”
    5. 19:55 YAP Masallı rayon təşkilatının XI konfransı keçirilib
    6. 18:47 Rayon rəhbəri I Qarabağ müharibəsi iştirakçısını qəbul edib
    7. 09:51 MÜHÜM VƏZİFƏLƏR QARŞISINDA
    8. 20:39 Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı Dövlət Proqramından irəli gələn vəzifələr müzakirə edilib
    9. 20:08 Masallı Rayon İcra Hakimiyyəti başçsının 10.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    10. 17:20 Rayon rəhbəri Masallı şəhər ərazisində şəhid məzarlarını ziyarət etdi 09.09.2026
    11. 16:23 Rayon rəhbəri 09 sentyabr 2026-cı il tarixdə Masallı şəhər ərazisində səyyar qəbul keçirib
    12. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    13. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    14. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    15. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    16. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    17. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    18. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    19. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    20. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    21. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    22. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    23. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    24. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    25. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    26. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    27. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    28. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    29. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    30. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    31. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    32. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    33. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    34. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    35. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    36. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    37. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    38. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    39. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    40. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ