Masallıda “Rəsm”, “Əl işləri” sərgi müsabiqəsi
- 30-01-2022, 10:20
- Mədəniyyət
- 0
- 436
Masallıda “Gənclər həftəsi” çərçivəsində “Rəsm”, “Əl işləri” sərgi müsabiqəsinə start verilib.
29 yanvar 2022-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin,”Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 2 fevral-Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində "Gənclik - yeni zəfərlərə doğru" mövzusunda “Rəsm”, “Əl işləri” sərgi müsabiqəsinə start verilib.
Sərginin keçirilməsində əsas məqsəd 2 fevral-Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyinin təntənəli şəkildə qeyd edilməsi, uşaqlar, yeniyetmə və gənclərin yaradıcı inkişafına təkan verilməsi, onların asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasıdır.
Qeyd edək ki, 2 fevral-Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində "Gənclik - yeni zəfərlərə doğru" mövzusunda “Rəsm”, “Əl işləri” sərgi müsabiqəsi fevralın 1-dək davam edəcəkdir.
Müsabiqədə fərqlənənlər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən 2 fevral gənclər günündə diplomlarla mükafatlandırılacaq