• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Pəhləvanın salnaməsi” filminin təqdimatı olub

    Masallıda “Pəhləvanın salnaməsi” filminin təqdimatı olub


    Masallıda, yunan-Roma güləşi üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Nadir Yaqub oğlu Ağayevin (1935-1985) ömür yolundan bəhs edən “Pəhləvanın salnaməsi” adlı sənədli filmin təqdimatı olub.

    Rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid valideynləri və qazilər, ağsaqqal və ziyalılar, idman ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.  

    Təqdimatdan öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Sonra “Pəhləvanın salnaməsi” filmi nümayiş edilib.

    Ömrünün baharını bütün varlığı, canı, ruhu ilə seçdiyi və sevdiyi peşəsinə həsr edən idman fədaisinin həyat və fəaliyyətindən bəhs edən filmdə ustad məşqçinin yetirmələri - Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal Qərb Dairəsi üzrə Güləş Federasiyasının prezidenti, Azərbaycanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Məşkur Qasımovun, Avropa çempionu, Beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi Əli Əliyevin, “Şöhrət” ordenli əməkdar bədən tərbiyəsi və idman xadimi Yaqub Məmmədov, tələbə yoldaşı, “Şöhrət” ordenli professor Şövqi Göyçaylının, həyat yoldaşı Raisə Ağayevanın  idman tariximizdə şərəfli iz buraxmış, yarıməsrlik ömrünün yarıdan çoxunu bu sahəyə sərf etmiş kamil mütəxəssis, xeyirxah insan, gözəl ziyalı Nadir Ağayev haqqında dəyərli fikirləri, xatirələri yer alıb.

    Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov idmanımızın böyük himayədarı Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Milli Olimpiya Komitəsinin prezidenti, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğıdan, Nadir Ağayev güləş məktəbinin Azərbaycan idmanında tutduğu mövqedən danışıb.

    Filmin ssenari müəllifi, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü, jurnalist-publisist Akif Ağayev çıxışında Azərbaycan güləş məktəbinin layiqli övladı Nadir Ağayevin zəngin ömrünün müəyyən hissəsinə işıq salmış qısametrajlı sənədli filmini nəinki Masallı, cənub bölgəsi idmanının, ümumilikdə ölkə idman tarixinin şərəfli səhifəsi kimi yaddaşlarda qalacağına əminliyini bildirib.    

    Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Nadir Ağayevin yetirməsi Sucəddin Novruzov, yazıçı-publisist Nurəddin Ədiloğlu və başqaları çıxışlarında günbəgün tərəqqi edən güləşimizdə Nadir müəllim kimi ustad  məşqçinin əvəzsiz xidmətini əks etdirən “Pəhləvanın salnaməsi” filminin maarifləndirici əhəmiyyət daşıdığını vurğulayıb, filmin yaradıcı heyətinə, eləcə də ekran əsərinin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıq ifadə ediblər.

    Məlumat üçün bildirək ki, Masallı Rayon Gənclər və İdman İdarəsinin dəstəyilə ərsəyə gələn filmin ssenari müəllifi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü, jurnalist-publisist Akif Ağayev, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzədir.





    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ