• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Nadir Ağayevin xatirəsinə respublika güləş turniri keçirilib

    Masallıda Nadir Ağayevin xatirəsinə respublika güləş turniri keçirilib


    Masallı Olimpiya İdman Kompleksində SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış pəhləvan Nadir Yaqub oğlu Ağayevin (1935-1985) xatirəsinə həsr olunmuş yeniyetmələr arasında XXVI ənənəvi açıq Respublika turniri keçirilib.

    Turnirin açılış mərasimində Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

    Yarış iştirakçılarını, qonaqları salamlayan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Nadir Ağayev güləş məktəbinin Azərbaycan idmanında tutduğu mövqedən danışıb, mötəbər yarışlarda əldə edilən nailiyyətlərin ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürü kimi səciyyələndirib.

    İdman tariximizdə şərəfli iz buraxmış, yarıməsrlik ömrünün yarıdan çoxunu bu sahəyə sərf etmiş Nadir Ağayevi ustad pedaqoq, gözəl ziyalı, kamil mütəxəssis kimi dəyərləndirən rayon rəhbəri Araz Əhmədov idmançılara uğurlar arzulayıb.

    Ölkədə idmanın inkişafından söz salan Respublika Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev, Azərbaycan Güləş Federasiyasının əməkdaşı, “Şöhrət” ordenli Elçin Cəfərov iri miqyaslı yarışlara sınaq xarakteri daşıyan bu turnirin yığma komandamıza yeni namizədlərin cəlb edilməsində əhəmiyyətindən danışıblar.

    Nadir Ağayevin yetirməsi, turnirin sponsoru, Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal-Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidenti Məşkur Qasımov cənub bölgəsinin güləş rəmzinə, pəhləvanlıq etalonuna dönmüş unudulmaz məşqçini, xeyirxah insanı xoş xatirələrlə yada salıb.

    Çıxışlarda qeyd edilib ki, Azərbaycan güləşinin təşəkkülü və inkişafı ilə qırılmaz sürətdə bağlı olan Nadir Ağayevin adı bu gün də idmanın kütləviliyinə stimuldur.

    Turnirin fəxri qonaqlarına – dünya və Avropa çempionatlarının mükafatçıları Əli Əliyev, Eldəniz Əzizli, Taleh Məmmədov, Rafiq Hüseynov, Elvin Mürsəliyev, Taleh İsrafilov, Arif Niftullayev, Zəfər Əliyev, Xəyal Mehdiyev, I və II Qarabağ müharibəsi iştirakçısı Camaləddin Məmmədov və başqalarına Masallı Rayon Gənclər və İdman İdarəsinin xatirə nişanları təqdim olunub.  

    Masallı Rayon Gənclər və İdman İdarəsinin sifariş və dəstəyi, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü, jurnalist-publisist Akif Ağayevin ssenarisi əsasında ekranlaşdırılan “Pəhləvanın salnaməsi” sənədli filmi nümayiş olunub.

    Sonra meydan yeniyetmə bahadırların ixtiyarına verilib.

    Məlumat üçün bildirək ki, iki gün (15-16 oktyabr) davam edən turnirdə 2006-2007-ci il təvəllüdlü yunan-Roma güləşçiləri 11 çəki dərəcəsində mübarizə aparıb.

    Yarışın keçirilməsində məqsəd Nadir Ağayevin keçdiyi şərəfli idman yolunun təbliği, yeniyetmələr arasında yunan-Roma güləşi idman növünün inkişafı və kütləviliyi, onların vətənpərvərlik ruhunda tərbiyəsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də yeniyetmələrdən ibarət ölkə yığma komandasına namizədlərin seçilməsidir.

    Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq AGF-nin hakimlər heyəti tərəfindən idarə edilən yarışlarda respublikanın rayon və şəhərlərindən 29 komandanın tərkibində 182 yeniyetmə yunan-romaçı qüvvəsini sınayırb

    Yarışların yekun nəticəsinə əsasən komanda hesabında Sumqayıt, Masallı, Göyçay idmançıları fərqləniblər.

    Masallı atletlərindən Əmrah Əmrahov (45 kq) birinci, Rəvan Həşimzadə (55 kq), Nizami Şükürov (92 kq) ikinci, Ravin Kərimov (71 kq) isə üçüncü mükafata sahib olub.

    İlk üç yeri tutmuş idmançılar təşkilat komitəsi və sponsor tərəfindən müvafiq diplom, medal və pul ilə mükafatlandırılıb.







    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ