• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının 11 güləşçisi XXV respublika turnirinin mükafatını qazandı

    Masallının 11 güləşçisi XXV respublika turnirinin mükafatını qazandı

    • 18-11-2019, 14:45
    • İdman
    • 0
    • 1 363
    Nadir Ağayevin xatirə turniri

    Masallının 11 güləşçisi XXV respublika turnirinin mükafatını qazandı

    Masallı Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası, Masallı Rayon İcra Hakimiyyəti, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə SSRİ idman ustası, Əməkdar məşqçi, tanınmış pəhləvan Nadir Yaqub oğlu Ağayevin (1935-1985) xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında XXV ənənəvi respublika turniri keçirildi.
    Üç gün (15-17 noyabr) davam edən yarışlardan məqsəd yeniyetmələr arasında güləş idman növünün inkişafına və kütləviliyinə nail olmaq, perspektivli idmançıların aşkar edilməsi, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək və onlara vətənə məhəbbət hisslərini aşılamaq, eləcə də Masallı güləş məktəbinin yaradıcısı Nadir Ağayevin xatirəsini yad etməkdir.
    Tədbirin açılış mərasimində Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov qonaqları və yarış iştirakçılarını salamladı, cənab Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizin hər yerində olduğu kimi regionlarda da idmançılar üçün hər cür şərait yaradıldığını bildirdi, yeniyetmə güləşçiləri təbrik edərək onlara uğurlar dilədi.
    Mötəbər yarışlarda əldə edilən nailiyyətlərin ölkə rəhbəri, MOK-un Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürü olduğunu vurğulayan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, ”Şöhrət” ordenli Elçin Cəfərov iri miqyaslı yarışlara sınaq xarakteri daşıyan bu turnirin əhəmiyyətindən danışdı.
    Respublika Gənclər və İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov qeyd etdi ki, Azərbaycan güləşinin təşəkkülü və inkişafı ilə qırılmaz surətdə bağlı olan N.Ağayevin adı bu gün də idmanın kütləviliyinə stimuldur.
    Nadir Ağayevin yetirməsi, SSRİ idman ustası, Masallı şəhər ərazi nümayəndəsi Kamal Mazanov, turnirin sponsoru, Rusiya Federasiyasının Əməkdar məşqçisi Məşqur Qasımovun qardaşı Sücayət Qasımov və başqaları cənub bölgəsinin güləş rəmzinə, pəhləvanlıq etalonuna dönmüş unudulmaz və xeyirxah insan barədə xatirələrini söyləyib, hər il bu tədbirin yüksək səviyyəli təşkilinə görə müvafiq idman qurumlarına, rayon rəhbərliyinə, zəhməti keçən hər kəsə minnətdarlıq bildirdilər.























    Masallı Rayon İcra Hakimiyyətinin məsul işçisi Qəşəm Hadıyev çıxış edərək rayon rəhbəri Rafil Hüseynovun adından gələn qonaqları salamladı, idmançılara uğurlar arzuladı.
    Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
    Sonra Beynəlxalq dərəcəli hakim Zakir Məmmədovun raportu ilə AGF hakimlər kollegiyasının sədri, yarışların baş hakimi Qərib Əliyevə komanda heyətlərinin yarışa tam hazırlığı barədə məlumat verildi.
    Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışlar AGF-nin beynəlxalq dərəcəli hakimlər kollegiyası tərəfindən idarə olunurdu.
    Turnirdə respublikanın ayrı-ayrı rayon (Gəncə, Göyçay, Zəngilan, Cəlilabad, Beyləqan, Kürdəmir, Şirvan, Sabirabad, Lənkəran, Masallı və s.), Bakı və Sumqayıt şəhər idman cəmiyyəti, güləş klublarından (“Dinamo”İC, “Neftçi” İSM, ROİL, “Məhsul”, “Gənclik”, “Hövsan”, “UGİM”, “Təhsil” və s.) 21 komandanı təmsil edən 250-ə yaxın 2005-2007-ci il təvəllüdlü yeniyetmə pəhləvan qüvvəsini sınayırdı.
    Turnirin yekununda 11 çəki dərəcəsində fəxri kürsünün ilk üçlüyündə qərar tutan yunan-romaçılar təşkilat komitəsi və sponsor tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olundular.
    Medal sayına görə Masallı rayon komandası I, Bakı şəhər ( ROİL) II, Sumqayıt şəhər komandası isə III yerə layiq görüldü.
    Masallı güləşçilərindən Ülvi Dadaşov (35 kq), Məhəmməd Sərxanlı (68 kq) birinci, Ramal Mikayılov (35 kq), Orxan Mirzəyev (62 kq) ikinci, Nurlan Əşrəfov, Rza İbadlı (35 kq), Əmrah Əmrahov, Rəvan Həşimzadə (38 kq), Amil Bəşirov (48 kq), Əli Məmmədli (68 kq), Amin Qulamov (85 kq) üçüncü mükafata sahibləndilər.

    Yarışların son günü, mükafatlandırma mərasimində Nadir Ağayevin yetirməsi — Avopa çempionu, Beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi Əli Əliyev bildirdi ki, əminik ki, bu turnirin qalibləri bacarıq və vərdişlərini daha da təkmilləşdirərək Beynəlxalq yarışlarda da idman nailiyyətləri ilə bizi sevindirəcəklər.
     
    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ