"Masallı — abidələşən şəhidlər" sənədli film nümayiş olunub » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » "Masallı — abidələşən şəhidlər" sənədli film nümayiş olunub

    "Masallı — abidələşən şəhidlər" sənədli film nümayiş olunub



    Masallılı şəhidlərin xatirəsinə həsr olunmuş, ssenari müəllifi Zahir Əmənov olan  "Masallı — abidələşən şəhidlər" sənədli film nümayiş olunub

    24 iyun 2023-cü il tarixdə Heydər Əliyev Mərkəzində Masallılı şəhidlərin xatirəsinə həsr olunmuş "Masallı — abidələşən şəhidlər" sənədli filmi nümayiş olunub.

    Filmin nümayişi ilə əlaqədar keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid valideynləri, müharibə veteranları, qazilər və ailə üzvləri, jurnalistlər  iştirak ediblər.
    Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Sonra sənədli filmin ideya və ssenari müəllifi Zahir Əmənovun rəhbərliyi ilə çəkilmiş “Masallı — abidələşən şəhidlər” sənədli filmi nümayiş olunub.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov geniş nitqində qeyd edib ki, bildiyiniz kimi bu il Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar silsilə tədbirləri həyata keçirilir.

    Bu gün də həmin silsilə tədbirlərin davamı olaraq “Masallı — abidələşən şəhidlər” sənədli filmi nümayiş olunur. Film bütövlükdə Masallılı şəhidlərə ithaf olunub.

    Rayon rəhbəri 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbədən söz açıb, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həyata keçirilən bu cür layihələrin əhəmiyyətindən danışıb, filmin yaradıcı heyətinə təşəkkür edib, şəhidlərə Allahdan rəhmət, onların ailələrinə səbr, qazilərə şəfa diləyib.

    Viləş kəndindən olan iki şəhid anası Ziba Əsgərova, şəhid Bəyalı Məmmədovun qardaşı Vüsal məmmədov, Azərbaycanın birinci Milli Qəhrəmanı, Sərçuvar kəndindən olan Səfəralı Məmmədovun anası Şahdəstə Məmmədova, Vətən müharibəsi şəhidi Masim Qurbanovun atası Hafiz Qurbanov, Şərəfə kəndindən olan yazıçı — publisist Pərvanə Ziyadova, Masallı Cümə məscidinin imamı Məftun Hüseynov və başqaları çıxış edərək Masallıda şəhid ailələri və qazilərin rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğu diqqətə çatdırılıb, ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon rəhbərliyinə minnətdarlıq bildirblər.

    Filmin nümayişindən sonra söz yaradıcı heyətə verilib.

    Çıxış edənlər filmin ərsəyə gəlməsindən, çəkilişlərin hansı şəraitdə aparıldığından danışıblar.
    “Masallı — abidələşən şəhidlər” sənədli filminin hazırlanmasında səmərəli fəaliyyətinə görə yaradıcı heyət — ssenari müəllifi Zahir Əmənov, baş montajçı Nurşad Bayramov, prodüsser Faiq Hüseynzadə, baş operator, Vətən müharibəsi iştirakçısı Vadim Eyvaz oğlu Masallı Rayon İcra Hakimiyyətinin başçısının Fəxri fərmanı, təşəkkürnamə, pul mükaftı və 1 ədəd kompüter dəsti ilə mükafatlandırılıblar.












    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ