Masallı rayon Mədəniyyət Mərkəzində “Layiqli əmək fəaliyyətlərini inkişaf etdirək” mövzusunda tədbir keçirilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı rayon Mədəniyyət Mərkəzində “Layiqli əmək fəaliyyətlərini inkişaf etdirək” mövzusunda tədbir keçirilib

    Masallı rayon Mədəniyyət Mərkəzində “Layiqli əmək fəaliyyətlərini inkişaf etdirək” mövzusunda tədbir keçirilib

     

    Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon komitəsinin təşkilatçılığı ilə 7 Oktyabr – Layiqli Əmək Uğrunda XVI Ümumdünya Fəaliyyətlər Günü münasibətilə “Layiqli əmək fəaliyyətlərini inkişaf etdirək” adlı tədbir keçirilib.

    Tədbirdə mədəniyyət işçiləri, əmək veteranları və digər təşkilatların əmək kollektivləri iştirak edib.

    Həmkarlar İttifaqının Masallı rayon komitəsinin sədri Vəkil İsmailov tədbirdə layiqli əməyin təşkili və inkişaf etdirilməsi sahəsində görülən işlərdən geniş söz açıb. Qeyd olunub ki, yerli komitə öz sıralarında 362 üzvü, tərkibində isə 4 ilk təşkilatı birləşdirir. Bu tərkibə mədəniyyət evləri, klublar, uşaq incəsənət məktəbi, kitabxanalar, muzey və muzey tipli müəssisələr, bir sıra gənclər və idman qurumları daxildir.

    Bildirilib ki, son illər ərzində yerli komitə tərəfindən işçi kollektivləri üçün keyfiyyətli və təhlükəsiz iş şəraitinin yaradılması, ədalətli əməkhaqqı fondunun formalaşdırılması, etibarlı və dayanıqlı sosial müdafiənin yaradılması istiqamətində müəyyən addımlar atılmış, eyni zamanda işəgötürən-işçi münasibətlərinin əmək qanunvericiliyi bazasında ədalətli nizamlanmasına dair fəaliyyətlər daha da genişləndirilmişdir. V.İsmailov əlavə edib ki, görülən praktik işlərlə yanaşı, maarifləndirici tədbirlərin görülməsinə də diqqət ayrılır, işçilərə əmək hüquqlarının müxtəlif aspektlərinə dair izahlar verilir, həmçinin onlar əmək mübahisələri və onlara rəvac verən amillərlə bağlı mütəmadi məlumatlandırılırlar.

    Sonrakı çıxışlarda natiqlər iş yerlərində layiqli əmək fəaliyyətlərinin genişləndirilməsinin əhəmiyətinə diqqəti çəkib, bu sahədə gələcək perspektivləri nəzərdən keçiriblər.

    Mövzuya dair qarşılıqlı fikir mübadiləsi və müzakirələrdən sonra tədbirə yekun vurulub.




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az

     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:49 Masallı Rayon İcra Hakimiyyəti-nin başçısı Araz Əhmədov Öncəqala ərazisində şəhid Malikov Nurlan Dünyamalı oğlunun yenidən qurulmuş məzarını ziyarət edib. 18.02.2026
    2. 16:44 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşın qayğıları ilə yerində maraqlanıb
    3. 15:17 Rayon rəhbəri Öncəqala ərazisində şəhid məzarlarını ziyarət etdi 18.02.2026
    4. 14:52 Masallıda Öncəqala ərazisinin Hüseynhacılı kəndində səyyar qəbul keçirilib
    5. 14:42 BAKI-BELQRAD ƏMƏKDAŞLIQ KÖRPÜSÜ DAHA DA MÖHKƏMLƏNİR
    6. 08:20 Masallıda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addım atılıb
    7. 11:53 Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri olmuşdur
    8. 09:03 İlham Əliyevin Serbiyaya səfəri: Azərbaycan–Serbiya strateji tərəfdaşlığında yeni mərhələ
    9. 19:31 Rayon rəhbəri Sərçuvar kəndində şəhid məzarlarını ziyarət etdi 16.02.2026
    10. 19:28 Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü ilə əlaqədar məzarı və ailəsi ziyarət olundu
    11. 12:25 Rəqəmsal inkişaf Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətidir
    12. 10:16 “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə keçirilib
    13. 19:26 Masallıda “Rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici tədbir
    14. 14:52 Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası
    15. 13:29 Masallı RİH başçısı 12 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    16. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    17. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    18. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    19. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    20. 09:07 Ərazi nümayəndəsinin tribunası
    21. 09:05 Allah rəhmət eləsin
    22. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    23. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    24. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    25. 13:52 Allah rəhmət eləsin
    26. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    27. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    28. 10:25 Bələdiyyə sədri
    29. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    30. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    31. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    32. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    33. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    34. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    35. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    36. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    37. 14:35 Yeni şeirlər
    38. 10:59 Perspektivli idmançıların aşkarlanması
    39. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    40. 15:56 100 illik ömrün işığı
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ