Mədəni irsin qorunması ilə bağlı təkliflər yeni Mədəniyyət Konsepsiyasında öz əksini tapacaq - » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Mədəni irsin qorunması ilə bağlı təkliflər yeni Mədəniyyət Konsepsiyasında öz əksini tapacaq -

    Mədəni irsin qorunması ilə bağlı təkliflər yeni Mədəniyyət Konsepsiyasında öz əksini tapacaq -




    Azərbaycanda ilk dəfə “Mədəni irs” mövzusunda Forum keçirilir



    Dekabrın 18-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Mədəni irs” mövzusunda Forum işə başlayıb.

    Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkil olunub.

    Tədbirdə dövlət rəsmilər, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, mədəni irs üzrə mütəxəssislər iştirak ediblər.

    İştirakçılar əvvəlcə sarayın foyesində milli tətbiqi-dekorativ sənət nümunələri – misgərlik, xalçaçılıq, kəlağayı sənəti, təkəlduz örnəklərindən ibarət sərgi ilə tanış olublar.

    Forumda mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək bildirib ki, Azərbaycanda mədəni irsin qorunması Ümummilli Lider Heydər Əliyevin ən çox diqqət göstərdiyi sahələrdən biri olub: “Ulu Öndər deyirdi ki, istənilən xalqı dünyada tanıdan ən önəmli xüsusiyyət onun mədəniyyətidir. Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir. Mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb inkişaf edib”.

    Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fonunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən mədəni irsimizin qorunması, bərpası və təbliği diqqət mərkəzində saxlanılır. Xüsusilə Heydər Əliyev Fondu tərəfindən bu sahədə böyük işlər görülür, müxtəlif layihələr həyata keçirilir.

    S.Yusifova işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsinin dövlət qeydiyyatına alındığını bildirib: “İşğal dövründə mədəniyyət abidələri məqsədli şəkildə dağıdılıb, vandalizmə məruz qalıb, 47 abidə yer üzündən tamamilə silinib. 2020-2022-ci illərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 433 tarix-mədəniyyət abidəsinə baxış keçirilib, eləcə də həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 182 obyektin - yeni aşkar olunmuş abidənin monitorinqi aparılıb”.

    Mədəni irsimizin beynəlxalq aləmdə təbliği barədə danışan Səadət Yusifova deyib ki, ölkəmizdə 26 tarix-mədəniyyət qoruğu fəaliyyət göstərir. Onlardan 4-ü UNESCO-nun Dünya İrs Siyahısında yer alıb. Azərbaycanın 23 qeyri-maddi mədəni irs elementi UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bildirib ki, hazırda ölkəmizdə dövlət mühafizəsinə götürülmüş 6 min 308 abidə mövcuddur. Onlardan 1400-dən çox tarixi-mədəni əhəmiyyətli obyekt yeni aşkar edilmiş abidə qismində qeydə alınıb: “Son 3 il ərzində ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın gələcəkdə qarşılaşacağı təhdidlər sırasında mədəni irs də var. Ona görə də bu istiqamətdə görüləcək işlərə daha həssas, sistemli və kompleks yanaşılmalı, kadr hazırlığına xüsusi diqqət yetirilməli, elmi araşdırmaların sayı və keyfiyyəti artırılmalıdır. Bu baxımdan, iki gün ərzində Forum gedişində mədəni irsin qorunması ilə bağlı müzakirələrə çıxarılacaq məsələlər və təkliflər diqqətə alınacaq və 2040-cı ilə hədəflənmiş yeni Mədəniyyət Konsepsiyasında öz əksini tapacaq”.

    Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirib ki, Azərbaycan xalqının tarixi irsi dəryalar qədər hədsiz, sərhədsizdir. “Tarixi irsimiz təkcə bu torpaqlarda yox, dünyanın bir çox ölkələrində mövcuddur. Bu, azərbaycanlılar üçün çox qürurverici bir haldır”, - deyə o diqqətə çatdırıb.

    Tarixi irsimizin öyrənilməsinin qarşımıza böyük məqsədlər qoyduğunu qeyd edən İttifaqın sədri, bunların reallaşmasında Ümummilli Lider Heydər Əliyevin böyük rolu olduğunu söyləyib: “Bu gün bu işi Prezident İlham Əliyev davam etdirir. Mədəni irsimizin qorunmasında Mehriban xanım Əliyevanın və onun başçılıq etdiyi Heydər Əliyev Fondunun da böyük rolu var”.

    E.Qasımzadə qeyd edib ki, Forumun nəticələri Azərbaycan xalqının irsinin öyrənilməsi və dünyada tanıdılması məqsədi daşımalıdır. Onun sözlərinə görə, tədqiqatlarda bilikli, bacarıqlı və böyük təcrübəsi olan insanlar həqiqi sözlərini deməlidirlər.

    Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov “Mədəni irs” Forumunda iştirakın hər kəs üçün vacib məsələ olduğunu bildirib: “Tədbirin Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilməsi xüsusi məna daşıyır. Ulu Öndərin sənətə, yaradıcılığa olan marağı, rəssamlara göstərdiyi diqqəti xüsusi qeyd etmək lazımdır. Hazırda isə Prezident İlham Əliyev Azərbaycanı bütün platformalarda yüksək zirvələrə qaldırıb. Bizim də üzərimizə düşən vəzifə öz sənətimizi daha da inkişaf etdirməkdir”.

    Daha sonra Azərbaycanın tarixi-mədəni irsindən bəhs edən videoçarx nümayiş olunub.

    Çıxışlardan sonra Forum işini panel müzakirələrlə davam etdirib.

    Dekabrın 20-dək davam edəcək Forumda tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltaraş, sənətkar və sahə üzrə digər mütəxəssislərin iştirakı ilə geniş müzakirələr aparılacaq.





    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ