• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Omikron” ştammından yeganə xilas yolu üçüncü dozanı vurdurmaqdır

    “Omikron” ştammından yeganə xilas yolu üçüncü dozanı vurdurmaqdır



    XXI əsrin bəlası – Covid-19 infeksiyası və yeni yaranmış ştamları dünya ölkələri arasında sürətlə yayılmaqdadır. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və insan tələfatı ilə nəticələnməsi dövlətləri ciddi tədbirlər görməyə sövq edir. Covid-19-un pandemiya elan olunduğu ilk günlərdən bu yoluxucu xəstəliyin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmiş tədbirlərlə yanaşı, dövlətimiz virusun geniş yayılmaması, daha çox təhlükəli fəsadlar yaratmaması üçün insanları Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır. Bu çağırışın əsasında isə ölkə əhalisinin peyvəndlənməsi durur.

    Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvəndlənməsi prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Peyvəndləmə üçün ayrılmış tibb məntəqələrində qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları yaradılıb. Və bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib. Müstəqil Dövlətlər Birliyi ölkələri arasında peyvəndləmə səviyyəsi baxımından birinci yerlərdən birini tutan respublikamızda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş Sinovac, AstraZeneca, Sputnik və.s kimi geniş vaksin seçimi yaranmış və vaksinasiya prosesi könüllü olaraq dövlət hesabına aparılır.

    Dünyada müşahidə olunan tendensiyalar COVİD- 19 pandemiyası ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərini görülməsini zəruri edir. Belə ki, peyvəndlənmədən bir müddət sonra qorunma səviyyəsi zəiflədiyindən immunitet reaksiyasını yenidən gücləndirmək, peyvəndin effektivliyini artırmaq lazım gəlir. Bu mənada, vaksinin üçüncü dozası olan Buster dozası effektliyi ilə seçilir. Yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVİD -19-la bağlı hospitalizasiya və ölümləri azalda bilən üçüncü doza virusla savaşan anticisimləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. ÜST-ə və Kanadanın müvafiq qurumuna əsasən Buster dozasının istifadəsi immunsupressiv hallarda və ən çox həssas qruplarda məqsədəuyğun hesab olunur. Buster dozanın əhəmiyyətini ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidməti də təsdiqləyir. Tədqiqatlara görə Buster dozası almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artmışdır.

    Son günlərin statistikası göstərir ki, COVİD-19-un yeni ştamı Omikron ölkəmizdə çox sürətlə yayılır. Koronavirusun bütün dünyada yayılan və ölkəmizdə də qeydə alınan “Omikron” ştammı insanlarda qorxu yaradır. Sağlam yaşamaq, zəmanəmizin bəlası sayılan bu yoluxucu xəstəliyin ağır fəsadları ilə üzləşməmək üçün isə peyvəndlənmə əsas vasitədir.

    Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiz terapiya şöbəsinin anestezioloq-reanimatoloqu Mehdi Əliyev pandemiya ilə mübarizədə peyvəndin rolu, koronavirusun yeni ştamları ilə mübarizə yolları barədə məlumat verərək bildirdi ki, COVID-19 infeksiyası əleyhinə istifadə edilən peyvəndlər orqanizmi bu virusdan qoruyan anticimlər yaradır. Lakin müəyyən vaxt keçdikdən sonra anticisimlər azalmağa başlayır. Bu səbəbdən iki doza vaksin aldıqdan 6 ay sonra növbəti doza-“Buster” vurulmalıdır. Bununla yanaşı, koronavirisin yeni ştamına yoluxmamaq üçün, özünüzü, ailə üzvlərinizi və ətrafınızda olan insanları qorumaq üçün karantin qaydalarına ciddi riayət etmək lazımdır. Yeni növ koronavirusun istənilən ştamı ilə mübarizə üsulları eynidir : qapalı və toplu insanlar olan məkanlarda maska taxmaq, əl gigiyenası qaydalarına ciddi riayət etmək, ara məsafəsinin saxlamaq, peyvəndlərin vaxtında vurdurmaq. Əgər 6 ay tamam olubsa bu halda buster dozanın vurulması çox vacibdir.

    Xüsusilə qeyd etmək istəyirəm ki, peyvəndin birinci və ikinci dozaları kimi, üçüncü- Buster dozanın tətbiqi olduqca önəmlidir. İnsanlar vaxtında gücləndirici dozaları vurdurmaqla özlərini koronavirusun yeni ştamlarından qoruya bilir və ya yoluxduqda ağırlaşma olmadan ev şəraitində müalicə almaqla əvvəlki həyat şəraitinə dönə bilirlər.

    Bu gün çox geniş yayılan, koronavirusun yeni ştammı olan “omikron”un yüngül keçməsində peyvəndin böyük rolu var. Peyvəndlənmə sayəsində xəstələr daha çox evdə müalicə alırlar. Qeyd edim ki, artıq dünyanın 40-dan çox ölkəsində yayılan “omikron”un yeni yarımnövü - BA.2 də çox yolxucudur. BA.2 çox sürətlə hətta “omikron”dan da sürətlə yayılır.
    Ümumdünya Səhiyyə Təşkilatının virusun gələcək həftələrdə daha şiddətli xarakter alacağı, daha geniş yayılacağı ilə bağlı xəbərdarlığı yenidən peyvəndləmənin vacibliyini aktuallaşdırır. Çünki peyvənd olunmuş insanlarda artıq koronavirusa qarşı immunitet yaranır və bu səbəbdən onlar virusa yoluxma halında xəstəliyi ya asimptomatik, ya da çox asanlıqla keçirəcəklər.

    “Omikron”la bağlı qorxu onun daha yoluxdu­rucu olmasıdır. Əvvəl bir xəstə 10 nəfərin arasında birini yoluxdururdusa, indi bu say 5-8 nəfərə çatır. Eyni zamanda, bədənimizdə COVID–19 virusuna qarşı yaranmış anticisimlər bir qədər də rezistentlik qazanıb. Qısa müddətdə yoluxma sayında yüksək artım hamıda təşviş doğurmağa başlayıb. Lakin bu ştammın törətdiyi xəstəlik ağır gedişə malik olmur. Yuxarı tənəffüs infeksiyalarında bir çox klinik əlamətlər oxşardır. Həkimlər ona soyuqlama əlamətləri deyirlər. “Omik­ron” nisbətən yüngül gedişə malik olması ilə xarakterizə olunduğundan onu qripdən fərqləndirmək bir qədər də çətinləşib.

    Onun COVID – 19 olub-olmadığını yalnız xüsu­si testlərlə müəyyən etmək mümkündür. Əslində, xəstənin hansı ştamma yoluxması­nın klinik cəhətdən əhəmiyyəti yoxdur. Testin pozitiv olması kifayətdir. Hamı bilməlidir ki, yuxarı tənəffüs yollarının infeksiyaları qışda aktivləşir. Bu, soyuq havanın təsiri altında bizim yuxarı tənəffüs yollarımı­zın yerli müdafiə qabiliyyətinin azalması ilə əlaqəli olan təbii bir prosesdir. Özünü qoruyan insanlarda respirator infeksi­yalar müşahidə olunmur. Bunun üçün maska taxmaq vacib şərtdir.

    Lakin koronovirusla mübarizənin ən optimal yolu peyvənd olunmaqdır. Virusa yoluxanların arasında yalnız peyvənd olunanlar xəstəliyi yüngül keçirirlər. Buna görə də hər kəs vaksin vurdurmaq barədə ciddi düşünməlidir.

    Vətəndaş PCR testinin müsbət nəticəsini aldıqdan sonra evdə özünü təcrid etməlidir. Xəstəlik boyu mümkün qədər çox maye içmək lazımdır. Yüksək temperatur varsa, qızdırmanı aşağı salan dərmanlar qəbul etmək tövsiyə olunur. Öskürək əleyhinə dərmanlara gəlincə, onları nisbətən qısa müddətə qəbul etmək olar. Heç bir dərman vasitəsi ilə keçməyən yüksək hərarətiniz varsa, döş qəfəsində ağrılar , nəfəs darlığı və hava çatışmazlığı hiss edirsinizsə, dəriniz mavi rəngə çevrilibsə, dərhal həkimə müraciət etməlisiniz.

    Virusun yayılma həcmini azaltmaq istiqamətində dövlət tərəfindən görülən tədbirlərə dəstək verməyin tək yolu Buster dozanın qəbul edilməsidir. Əks təqdirdə iki doza peyvənd vurulmuş şəxslərin virusa yoluxmaq ehtimalı getdikcə artır. Çünki dozaların qəbul edilməsi üçün aradakı maksimum müddətin (6 ay) bitməsi qanda anticisimlərin artıq sıfır səviyyəyə düşməsinə səbəb olur. Bu baxımdan Buster dozanın vaxtında vurulmaması dalğanın geniş vüsət almasına, yenidən ağır fəsadların müşahidə edilməsinə gətirib çıxara bilər.

    Koronavirusun yeni "Omikron" ştammının ciddi fəsadlar törətməsinə şərait yaratmamaq, bu ştammdan da daha az itkilərlə yaxa qurtarmaq üçün Buster dozanın vurulması vacibdir. Nəzərə alsaq ki, Ümumdünya Səhiyyə Təşkilatı mart ayına Avropa əhalisinin yarıdan çoxunun "Omikron" ştammına yoluxacağını proqnozlaşdırır, o zaman ümumi qlobal riskin çox yüksək olduğu bu ştammdan yeganə xilas yolu qısa zamanda Buster –üçüncü dozanı vurdurmaqdır.




    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:53 Rayon rəhbəri Şəhidlər Abidə Kompleksinə baxış keçirib
    2. 18:50 Rayonun Mahmudavar-Mololon yolu cari təmir edilir
    3. 18:48 Mahmudavar kəndində şəhid küçəsinə asfalt örtüyü döşənir
    4. 18:46 Masallının Xırmandalı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    5. 18:43 Masallının Xırmandalı kəndində 23 may 2025-ci il tarixdə səyyar qəbul
    6. 14:33 Energetika sahəsində uğurlu əməkdaşlıq
    7. 23:30 Cənab Prezident İlham Əliyevin Budapeştdəki çıxışı, Azərbaycanın regional siyasətdə yalnız iştirakçı deyil, təşəbbüskar və format qurucu bir aktora çevrildiyini göstərir.
    8. 17:44 Masallıda “Zərərli vərdişlər və erkən nikahın fəsadları” mövzusunda konfrans
    9. 15:33 Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri
    10. 15:31 Şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    11. 15:30 Masallıda rayon rəhbərinin 22 may 2025-ci il tarixli vətəndaş qəbulu
    12. 06:39 Şəhid qardaşların ev-muzeyi ziyarət edildi
    13. 23:30 Masallının Şatıroba kəndində 21 may 2025-ci il tarixdə səyyar qəbul
    14. 23:30 Rayonun Dəmirçi kəndində ipəkqurdunun saxlanma şəraitinə baxış
    15. 23:30 Yeni bir reallıqda ümumi maneələrə müştərək yanaşma və addımların konsolidasiyasi həm Macarıstan, həm də Azərbaycan üçün olduqca vacibdir
    16. 23:00 Masallının Türkoba ərazisində şəhid məzarları ziyarət olundu
    17. 14:59 Masallının yollarında təmir işləri davam etdirilir 01-20 may 2025
    18. 14:08 Masallıda 01-20 may 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 14:05 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-20 may 2025-ci il
    20. 14:02 Masallıda abadlıq və xeyriyyə işləri 01-20 may 2025
    21. 17:08 Yeni Zuvand kəndində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    22. 19:11 Masallıda barama mövsümünə start verildi
    23. 23:40 Masallıda “18 May Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar tədbir
    24. 19:27 Masallıda “Beynəlxalq Ailə Günü” bukletləri paylanıldı
    25. 19:22 Masallıda rayon rəhbəri Viləş kəndində şəhid qardaşların ev-muzeyini ziyarət etdi
    26. 19:18 Masallıda iqtisadiyyatda işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb - Statistika
    27. 22:38 Şəhid Anar Novruzovun xatirəsi anıldı
    28. 21:11 Masallıda “Arşın mal alan” tamaşası
    29. 20:57 Masallıda rayon rəhbərinin 15 may 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 15:35 Masallının Güllütəpə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    31. 15:21 Masallının Yeni Zuvand kəndində rayon rəhbərinin 14 may 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    32. 20:35 Xıl kəndində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    33. 18:30 Masallıda rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi
    34. 18:27 Tütün ilə mübarizə və sağlam həyat tərzinin təşviqi” adlı tədbir
    35. 15:10 Azərbaycan-Vyetnam əlaqələrinin tarixi yarım əsrdən çoxdur  
    36. 12:08 Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası
    37. 08:17 Masallı Mərkəziləşdirilmiş Kitabxana Sistemində silsilə tədbirlər   
    38. 23:30 Yeni əməkdaşlıq imkanlarının mövcudluğu
    39. 22:30 Əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi
    40. 17:52 Sağlam məktəbli...           
    «    May 2025    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ