Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 38 yoluxma faktı qeydə alınıb
- 23-03-2022, 19:06
- Səhiyyə
- 0
- 396
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 38 yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər koronavirusun qurbanı olub.
İndiyədək ölkədə ümumilikdə 791 min 583 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 303 nəfər müalicə olunaraq sağalıb, 9 min 670 nəfər vəfat edib. Aktiv xəstə sayı 610 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 695, bu günə qədər isə ümumilikdə 6 milyon 673 min 982 test icra olunub.
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az