Ötən ilin son həftəsində Milli Oftalmologiya Mərkəzində 96 cərrahi əməliyyat icra olunub
- 8-01-2018, 17:51
- Səhiyyə
- 0
- 1 442

Ötən ilin son həftəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 1764 xəstə müraciət edib.
Mərkəzdə həftə ərzində 96 cərrahi əməliyyat icra olunub. Cərrahi müdaxilələrin əksəriyyətini kataraktanin fakoemulsifikasiyasi+İOL implantasiyası təşkil edib. Digər əməliyyatlar kataraktanın ekstrakapsulyar ekstraksiyası+İOL implantasiyası, 2-cili İOL implantasiyası, intravitreal əməliyyatlar, çəpgözlüyün korreksiyas və s. üzrə aparılıb.
Həftə ərzində mərkəzin Masallı filialına 342 xəstə müraciət edib ki, onlardan 11-i üzərində cərrahi əməliyyat icra olunub.