• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar-qəbulu və ərazi nümayəndəliyinin hesabatı

    Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar-qəbulu və ərazi nümayəndəliyinin hesabatı

    Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar-qəbulu və ərazi nümayəndəliyinin hesabatı
     
    İşgüzar qüvvələr birləşməlidir
     
    Yanvarın 30-da Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynovun Ərkivan ərazisində səyyar-qəbulu və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı oldu.
    RİHB-nin Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsrail Tağıyev 2018-ci ildə görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələri barədə hesabat məruzəsində bildirdi ki, ərazi Ərkivan qəsəbəsini və Allahyarlı yaşayış massivini əhatə edir. Qəsəbənin ümumi sahəsi 2315 hektar, əhalisinin sayı  16970 nəfər, təsərrüfatların sayı 4345 olmaqla 3642 fərdi yaşayış evi və 2 ümumi yaşayış binası vardır ki, burada 48 ailə yaşayır.
    4 tam orta, 1 ümumi, 1 ibtidai məktəbdə 2188 şagirdin təhsililə 224 müəllim məşğul olur. 2017-2018-ci tədris ili üzrə 208 məzundan 40-ı ali və orta ixtisas məktəblərinə daxil olub. 1 nömrəli tam orta məktəbin məzunu İradə Fəttayeva 672 balla Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub. Arzu Əliyeva orta məktəbi əla qiymətlərlə bitirdiyinə və respublika ədəbiyyat biliciləri müsabiqəsində birinci yeri tutduguna görə qızıl medalla təltif edilib.
    Qəsəbədə 4 qrup üzrə 90 yerlik uşaq bağçası fəaliyyət göstərir. Hazırda 2 qruplu bağçada 40 uşaq tərbiyə alır. Bağçanın maddi- texniki bazası əsaslı şəkildə gücləndirilmiş, dövlət tərəfindən 6000 manat dəyərində təmir bərpa işləri görülüb.
    Qəsəbə sağlamlıq mərkəzinin stomotoloji, genekologiya, peyvənd, manipulyasiya, terapevt-pediator otaqlarında 4 həkim, 4 mama, 2 feldşer, 6 tibb bacısı əhaliyə xidmət göstərir.
    İdmançılarımız güləş, boks, futbol və valeybol üzrə keçirilən rayon və respublika yarışlarında müvəffəqiyyətlə iştirak edirlər. Bu il ənənəvi olaraq Masallı Olimpiya İdman Kompleksində rayon icra hakimiyyətinin, qəsəbə ərazi nümayəndəliyinin təşəbbüsü, Sankt-Peterburqda yaşayan həmyerlimiz, iş adamı Məşkur Qasımovun sponsorluğu, gənclər və idman nazirliyinin, güləş federasiyasının dəstəyilə Əməkdar məşqçi, SSRİ idman ustası Nadir Ağayevin xatirəsinə həsr edilmiş Yunan-Roma güləşi üzrə respublika turniri keçirilib.
    11-13 yaş qruplarında çıxış edən futbolçularımız zona yarışlarında 1-ci nəticə göstəriblər.
                           
    Mədəniyyət evində 2 qrup üzrə rəqs dərnəkləri və güləş idman növü fəaliyyət göstərir. Ötən əsrin əvəllərində inşa edilmiş Mədəniyyət evinin əsaslı təmirə və lazımi avadanlıqlarla təmin edilməsinə ehtiyac var.
    Masalli-Yardımlı yolunun qəsəbədən keçən hissəsində yol infrastrukturu yenidən qurulub. Yolun hər iki tərəfində piyada səkiləri düzəldilib, yeni asfalt örtüyü vurulub, işıqlanma sistemi yenidən qurulub. Qəsəbədə 161 kilometr su və kanalizasiya sistemi qurulub. 40 kilometr yeni qaz xətti çəkilib. 5 il ərzində qəsəbə küçələrinə 4200 metr asfalt döşənib. Ərkivan-Boradigah istiqamətində 1 kilometr məsafədə işıqlandırma sistemi quraşdırılıb, piyada yoluna asfalt vurulub. Məşqur Qasımov və digər iş adamlarının dəstəyilə 100.000 manat dəyərində Həsənəkücə mərasim evi tikilib istifadəyə verilib, sakinlərin köməyilə Zeynoba küçəsində mərasim evinin tikintisi davam edir. Ərkivan- Boradigah, Ərkivan-Qəriblər istiqamətində abadlıq işləri görülüb. 5 saylı ümumi orta məktəbin dam örtüyü tam yenidən qurulub.
    955 hektar pay və icarə torpaq sahələrində 2018-ci ildə 305 hektar buğda, 15 hektar arpa, 33 hektar vələmir əkilib. Tərəvəzçiliyin inkişafındakı irəliləyiş nəzərə çarpacaq dərəcədə deyil. 55 hektarda müxtəlif növ tərəvəz becərilib. 1 hektardakı istilikxanada ilboyu xiyar, pomidor yetişdirilir. Çoxillik bitkilərdən 2 hektarda kivi, 2 hektarda feyxoa yetişdirilir. 4 hektar sarımsaq, 1 hektar çiyələk, 4 hektar çəltik, 17 hektar noxud əkilib. Yaz əkini üçün 30 hektar qış şumu vurulub. Bu il çəltik əkinini 6 hektara çatdırmaq, baramaçılığı  inkişaf etdirmək nəzərdə tutulur. Ötən il qəsəbə sakini Nazim Nəsirov 40 qram barama saxlayaraq bir ay ərzində 77 kiloqram barama təhvil verib, 693 manat gəlir əldə edib. Bu il 80 qam barama saxlamaq planlaşdırılır. 18 fermer 420 arı ailəsinə xidmət göstərir.    
    Əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onların iş yerlərilə təmin olunmasında qəsəbədə fəaliyyət göstərən 2 kərpic zavodu, 3 yanacaqdoldurma məntəqəsi, 9 plastik pəncərə sexi və 80-ə yaxın digər ticarət, istehsal sahələri xususi əhəmiyyət daşıyır.
    Ərazidə elektrik enerjisindən istifadə edən 2956, təbii qazdan istifadə edən 2785 abonent var. Qəsəbədə 163 kilometr yeni qaz kəməri çəkilməlidir ki, hazırda 40 kilometri çəkilib.
     
    Mədəniyyət evinin,1 saylı tam orta məktəbin əsaslı təmiri, 3 saylı tam orta məktəbin tikilməsi, daxili yolların təmiri və işıqlandırılması, 1000 metr ərazidə su aparıcı kanalların təmizlənməsi, bütün əraziyə içməli su və kanalizasiya sistemlərinin çəkilməsi və s. 2019-cu ildə görüləcək işlərimizdəndir.                                                                                
    Müraciətlərin baxılması vəziyyəti barədə ətraflı məlumat verən Ərkivan qəsəbə ərazi nümayəndəsinin müavini Əhməd Əhmədov bildirdi ki, sakinlər tərəfindən respublikanın müxtəlif  yuxarı rəhbər orqanlarına 151 müraciət  ünvanlanıb. Hesabat ilində nümayəndəliyə müxtəlif təşkilatlardan 33 sənəd-məktub daxil olub, ayrı-ayrı təşkilatlara 173 sənəd məktub göndərilib.
    Sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar-qəbulu keçirildi. Öncə rayon rəhbəri sakinlərin təklif və müraciətlərini dinləməyi üstün tutdu.
    Qəsəbə Ağsaqqallar şurasının sədri Şərafət Əzimov, təqaüdçü Firdovsi Abbasov, ağsaqqallar Yusif Həsənov, Elxan Məmmədov, qəsəbə sağlamlıq Mərkəzinin müdiri Füzuli Qurbanov rayonda, qəsəbədə görülən işlərə görə ölkə və rayon rəhbərinə minnətdarlıq ifadə etdilər, qəsəbədaxili yolların asfaltlanması, 1 saylı tam orta məktəbin təmiri, 3 saylı tam orta məktəbin tikilməsi, çürümüş elektrik dirəklərinin dəyişdirilməsi, Asif Cavadov payıbəlli torpaq sahəsinə yolun olmaması, Ziyafət Əsgərov avtoqəzaların qarşısının alınmasından ötrü qəsəbənin mərkəzi yolunda yerüstü piyada keçidi və ya işıqforun qurulması, Sadif Mehdiyev qaz borcu və s. məsələlərlə bağlı müraciət etdilər.
    Çıxışında ölkə rəhbərinin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransdakı nitqinin əsas tezislərinə toxunan RİH başçısı Rafil Hüseynov Masallıda iqtisadiyyatın və əhalinin məşğulluğu sahəsində Prezident cənab İlham Əliyevin  imzaladığı qərar və sərəncamların əhəmiyyətindən bəhs etdi. O, dedi:
    —Rayonumuzun inkişafına təkan verəcək layihələr yönümündə mühüm işlər görülüb və davam etməkdədir. Rayonda qazlaşdırma 97 faiz həyata keçirilib, 12 kənd qalıb. Bu il 100 faizə çatacaq. 2012-ci ildə isə bu rəqəm 22 faiz idi. Ərkivanda da növbəli şəkildə ikipilləli sistemlə köhnə qaz xətləri təzələnir. Rayonda kəndarası yolların asfaltlaşdırılması işləri 85 faizə çatıb. Son günlər Masallı şəhərinin 20-ə yaxın küçəsi asfaltlanıb. Vaxtaşırı Ərkivanın da qalan küçələri asfaltlanacaq. Bu il qəsəbənin Boradigah və Qəriblər istiqamətindəki yol səkilərinin və işıq sistemlərinin qurulması davam edəcək. Bu gün ərazinin əksər hissəsində su-kanalizasiya sistemindən istifadə olunur.
    Masallı RPEŞ ölkənin ən böyük elektrik şəbəkələrindəndir. Elektrik stansiyasının Ərkivana yaxın ərazidə olması burada SİP kabelləşmənin tez və itkisiz başa çatmasına kömək edir. Fevralın 10-dan bu qəsəbədə layihənin davamına başlanılacaq. İlkin mərhələdə uzaq kəndlərdə bu işlər həyata keçirilir. Boradigah da daxil olmaqla artıq 22 yaşayış məntəqəsində elektrik təsərrüfatı tam yenidən qurulub.
     
    Əhalinin sayına görə bir çox rayondan böyük olan Ərkivan qəsəbəsində problemin olması labüddür. Dövlət yolundan fərqli olaraq daxili yollar bələdiyyə hesabına təmir olmalıdır. Odur ki, büdcənin formalaşması üçün torpaq və əmlak vergiləri vaxtında ödənməlidir. Tanınmış iş adamlarının, imkanlı adamların köməyindən ağsaqqalların, nüfuzlu insanların vasitəsilə yararlanmaq lazımdır.
    Adı çəkilən məktəblərin təmir və tikintisi gündəmdədir. Aidiyyəti qurumlara müraciətlər olunub.
    Torpaq əkilmirsə kəndçinin nəyinə gərəkdir? Vaxtilə bu ərazi faraş tərəvəzi ilə tanınıb.
    Rayon rəhbəri sakinlərin təklif və xahişlərinin nəzərə alınacağını qeyd etdi, bəzi məsələlərin həllilə bağlı əlaqədar təşkilat rəhbərlərinə tapşırıqlar verdi.
    Sonda ərazi nümayəndəliyinin hesabatı qənaətbəxş hesab olundu, qərar qəbul edildi.
     
    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az 
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    2. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    3. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    4. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    5. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    6. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    7. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    8. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    9. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    10. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    11. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    12. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    13. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    14. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    15. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    16. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    17. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    18. 23:30 22 iyul Milli Mətbuat günü
    19. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    20. 23:00 22 iyul Milli Mətbuat Günü 
    21. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    22. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    23. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    24. 11:06 Azərbaycan mətbuatı – 150
    25. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    26. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    27. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    28. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    29. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    30. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    32. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    33. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    34. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    35. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    36. 16:12 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 iyul 2025
    37. 16:09 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 iyul 2025
    38. 16:08 Masallıda taxıl biçini başa çatdı
    39. 16:05 Masallıda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi 
    40. 10:07 Rayon rəhbəri Ərəb kəndində şəhid övladını doğum günü münasibəti ilə evində ziyarət etdi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ