• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədov Masallı rayonundakı Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbində anıldı

    Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədov Masallı rayonundakı Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbində anıldı


    Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun xatirəsi Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbində ehtiramla anıldı 

    Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədov onun adını daşıyan Masallı rayonundakı Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbində anılıb.
    Kəndin Şəhidlər parkında Milli Qəhrəmanın abidəsi önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
    Sonra məktəbdə davam edən tədbirdə Dövlət Himni səslənib, Milli Qəhrəman E.Əhədovun və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik, “Azərbaycan Bayrağı” ordenli Mehdi Mehdiyev qəhrəmanın həyat və döyüş yolundan danışıb.
    Dövlətimizin Milli Qəhrəmanlar, torpaqlarımız uğrunda şəhid olanların ailələrinə qayğısından danışan natiq bildirib ki, Elşad Əhədovun anım və doğum günlərinin hər il ictimaiyyət tərəfindən qeyd edilməsi, onun xatirəsinin əbədiləşdirilməsi bu qayğının nəticəsidir.
    Sonra E.Əhədovun tələbə yoldaşı Mehdi Mehdiyev Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər Məktəbinin 50 illiyi medalını Milli Qəhrəmanın oğluna təqdim edib.
    Milli Qəhrəmanın kursant yoldaşları – İctimai Birliyin sədr müavini, ehtiyatda olan polkovnik-leytenant Ariz Məmmədov, polkovnik-leytenant Adil Ağayev, ehtiyatda olan mayor Valeh İmanov, döyüşçü dostları - Maşalla Əliyev, Camaləddin Məmmədov Elşad Əhədovun Qarabağ müharibəsində göstərdiyi şücaətdən, onun döyüş bacarığından söz açaraq erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərimizin Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə geri qaytarılacağı və şəhidlərimizin qisasının alınacağı günün uzaqda olmadığını bildiriblər.
    MƏSQ veteranlar təşkilatı Masallı şöbəsinin sədri Məmmədağa Şiriyev, SHXÇ DX Cəlilabad rayon şöbəsinin rəisi Nizami Nəbiyev, şair Qəni Bəxtəvər, Milli Qəhrəmanlar Birliyinin sədr müavini, E.Əhədovun sinif rəhbəri olmuş Yavər Yusubov çıxış edərək igid həmyerlilərinin döyüş şücayətindən söz açıblar.
    Natiqlər Milli Qəhrəmanın minlərlə insanın qürur hissi olduğunu bildirərək şagirdləri Elşad kimi vətənpərvər olmağa çağırıblar.
    Milli Qəhrəmanın oğlu Elşən Əhədov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
    Sonda Masallı Dövlət Regional Kolleci tələbələrinin iştirakı ilə Milli Qəhrəmana həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim olunub.

    Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Elşad Saday oğlu Əhədov 4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya göz açıb. 1975-ci ildə burada birinci sinifə gedib, 1982-ci ildə yeddinci sinifi bitirib, C.Naxçıvanski adına Hərbi litseyi, sonra Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər Məktəbini bitirib.
    1989-cu ildə baş leytenant rütbəsi alır və təyinatla Volqoqrad vilayətindəki hərbi hissələrdən birinə rota komandiri göndərilib. Gənc zabit bir müddətdən sonra doğma Vətənə dönüb. Əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra isə Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərib.
    O, erməni işğalçılarının Azərbaycan torpaqlarına hücumundan hiddətə gəlmişdi. Bir komandir kimi qazandığı hərbi təcrübəni öz xalqının bu təcavüzdən qorunmasına sərf etmək istəyirdi. O, döyüş bölgəsinə üz tutur. Gənc zabitin döyüş yolu Füzuli rayonu ərazisindən başlayır və sonra bu yol Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli və Şişqayaya keçir. Elşad Əhədov Beyləqanın müdafiəsində böyük rəşadət göstərir. Onun minaladığı sahəyə 8 düşmən tankı və onlarla erməni yaraqlısı düşərək məhv edilir. Son döyüşü 11 dekabr 1993-cü ildə Ağdaş yüksəkliyi uğrunda olur. Onun rotası hücuma keçir. Sayca iki dəfə çox olan erməni quldurları hücumun qarşısını almaq üçün güclü sədd yaradırlar. Qeyri-bərabər döyüşdə o, ağır yaralanır. Həkimlərin cidd-cəhdinə baxmayaraq, komandirin həyatını xilas etmək mümkün olmur… 11 dekabr 1993-cü ildə o, gözlərini əbədi yumur.
    Ailəli idi. İki uşağı yadigar qalıb.
    Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
    Təzə Alvadı kəndində dəfn edilmişdir. Kənd tam orta məktəbi və parkı qəhrəmanın adını daşıyır.
     



     




     
    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az 
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ