• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı və Cəlilabadda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

    Masallı və Cəlilabadda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb


    Masallı və Cəlilabadda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 1 oktyabr tarixli Sərəncamına uyğun olaraq noyabrın 8-də Cəlilabad və Masallı rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GKİM) nümayəndəliklərinin açılışı olub.
    Nümayəndəliklərin əsas fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdir.
    Bu xüsusda, gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər və seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq.
    Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı əldə edəcəklər.
    Açılış mərasimlərində çıxış edən Gənclər Fondunun icraçı direktoru, hər iki rayonun icra hakimiyyətlərinin rəhbərliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cəlilabad və Masallı rayon nümayəndəliklərinin direktorları dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətindən və gənclər üçün mövcud olan imkanlardan danışıblar.
    Çıxışlarda qeyd olunub ki, bu gün gənclərin hərtərəfli inkişafının təmin olunması, onların məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, asudə vaxtının təşkili, habelə gənclər üçün təhsilin əlçatanlığının daha da artırılması istiqamətində mütəmadi işlər davam etdirilir.
    Çıxışlarda Prezident İlham Əliyevin göstərişi ilə regionlarda açılan Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhfə verəcəyi vurğulanıb və gənclərə bu imkanlardan yararlanmaq tövsiyə olunub.
    Daha sonra tədbir iştirakçıları üçün Cəlilabad və Masallı rayonlarındakı Heydər Əliyev Mərkəzlərində fəaliyyət göstərən muzeylərə ekskursiya təşkil olunub, yeni mərkəzlərin imkanları barədə onlara ətraflı məlumat verilib.
    Həmçinin region gəncləri “Gənc könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər. Tədbirlər musiqili-əyləncəli proqram və intellektual oyunlarla davam etdirilib.
    Qeyd edək ki, ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlətimizin başçısının verdiyi göstərişə uyğun olaraq, bu ilin sonu və növbəti ilin birinci rübü ərzində ölkənin bütün şəhər və rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaq.
    Gənclərin Karyera və İnkişaf Mərkəzində mövcud vakansiyalar və yeni açılan iş yerləri barədə məlumatı Azərbaycan Respublikası Gənclər Fondunun mütəmadi olaraq yenilənən internet səhifəsindən əldə etmək mümkündür (https://youthfoundation.az/69937/). Gənclər Fondu ictimai fəal və təşəbbüskar gəncləri bu vakansiyalar üzrə müraciət etməyə dəvət edir.

     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    2. 15:46 Masallı DAİM-də dəyirmi masa
    3. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    4. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    5. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    6. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    7. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    8. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    9. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    11. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    12. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    13. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    14. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    15. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    16. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    17. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    18. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    19. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    20. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    21. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    22. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    23. 23:30 22 iyul Milli Mətbuat günü
    24. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    25. 23:00 22 iyul Milli Mətbuat Günü 
    26. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    27. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    28. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    29. 11:06 Azərbaycan mətbuatı – 150
    30. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    31. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    32. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    33. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    34. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    35. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    36. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    37. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    38. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    39. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    40. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ