• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda mayor Anar Novruzovun şəhid olmasının ildönümü qeyd olunub

    Masallıda mayor Anar Novruzovun şəhid olmasının ildönümü qeyd olunub

    ANARSIZ 1 İL
     
    Masallıda mayor Anar Novruzovun şəhid olmasının ildönümü qeyd olunub
     
    İyulun 14-də, Masallı rayonunun Ərkivan qəsəbəsində Aprel və Tovuz döyüşləri qəhrəmanı, mayor Anar Novruzovun şəhid olmasının ildönümü keçirilib.
    Pandemiyanın tələblərinə riayət olunmaqla təşkil olunan anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Anar İsgəndərov, Məşhur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri, şəhidin doğmaları, hərbçi yoldaşları iştirak ediblər.
    Şəhidin ailəsinə baş çəkilib, məzarı ziyarət olunub. Rayon İcra Hakimiyyətinin başçısı şəhidin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verib, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Anar Novruzovun xatirəsinin masallıların qəlbində əbədi yaşayacağını qeyd edərək şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənlərdən qisaslarının alındığını bildirib.
    Şəhidin uyuduğu qəbiristanlıqda məzarı önündə davam edən ildönümü mərasimində əvvəlcə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhid zabitin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
    Anım tədbirində şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib. Çıxışlarda Azərbaycan ordusunun möhkəmlənməsindən, İyul  döyüşlərinin əhəmiyyəti, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərdən danışılıb.
    Şəhidin Aprel və Tovuz döyüşlərində göstərdiyi şücaətindən söz açan hərbçi yoldaşları, Vətən müharibəsi iştirakçıları Anarın qəhrəmanlıq nümunəsinin hər birimiz, xüsusilə gənclər üçün böyük fəxr və örnək olduğunu bildiriblər. Vurğulanıb ki, onun kimi Vətən oğullarının hünəri Zəfərin qazanılmasının əsas təməli oldu.
    Şəhidin qardaşı Sücəddin Novruzov dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
    Tədbir Masallı Xalq Teatrı kollektivinin, eləcə də məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam edib.
                                                                           ***
    Məlumat üçün bildirək ki, Anar Gülverdi oğlu Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. Ailənin sonbeşiyi olan Anar C.Cabbarlı adına kənd orta məktəbini (Ərkivan qəsəbə 1 saylı tam orta məktəbi) əla qiymətlərlə qurtarıb. 1993-cü ildə Bakı Neft Texnikumuna (indiki Neft-Energetika Kolleci) daxil olsa da 6 aydan sonra işğal altında olan torpaqlarımızı geri qaytarmaq niyyəti ilə Orduya yazılıb. Sonra təhsilini davam etdirib. 1999-cu ildə  Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini) bitirib, “Taktiki motoatıcı qoşunları komandiri” ixtisasına yiyələnib. 1998-2013-cü illərdə ön cəbhə bölgələrində, 2013-2018-ci illərdə Sumqayıtda Vətənə xidməti borcunu ödəyib. 2016-cı ilin Aprel döyüşlərində şücaətlə iştirak edərək qəlpə yarası alıb. 2018-2020-ci illər ərzində ən qaynar döyüş bölgələrində olub. Türkiyədə mükəmməl peşəkar təlim keçib. 25 ildən artıq hərb sahəsində çalışıb. Siyasi işlər üzrə tabur komandirinin müavini vəzifəsinə kimi yüksəlib. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsəyib. Snayperdən atdığı dəqiq atəşlə onlarla düşmən əsgər və zabitini məhv edib. Ona nahaq yerə AQS-17 silahının “atası” adı verilməyib. “Akula” ləqəbli kəşfiyyatçı düşmənlərin kabusuna çevrilib – ermənilərə od qoyub, lap əfsanəvi “Mixaylo” kimi... Hətta onu öldürənə pul mükafatı da ayırıbmışlar.
    Döyüş dostlarının dediyinə görə tabeliyində olanda əsgərlərlə sanki dost, qardaş kimi davranan təcrübəli zabit Anar Novruzov çətin məqamlarda yüz ölçüb-bir biçməyi üstün tutarmış. Xidməti ərzində heç kimdən təmənna ummayıb...
    A.Novruzov müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə Nazirinin “Qüsursuz xidmətə görə” I, II, III dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” yubiley medalları, eləcə də rəhbərlik tərəfindən döyüşlərdə, istimai-siyasi və mənəvi-psixoloji hazırlığında əldə etdiyi yüksək nailiyyətlərə görə Fəxri fərmanlarla təltif edilib.
    Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Anar Novruzov (ölümündən sonra) 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli ilə təltif edilib. Şəhid adının əbədiləşdirilməsi məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamına əsasən qəsəbədəki küçələrdən birinə şəhidin adı verilib.
    Ailəli idi, iki övladı yadigar qalıb.

    Akif AĞAYEV,
    “Yeni həyat”,      
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:28 Vətənə xidmətdə keçən ömür
    2. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    9. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    11. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    12. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    13. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    14. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    15. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    16. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    17. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    18. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    19. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    21. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    22. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    23. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    24. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    26. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    27. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    28. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    29. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    30. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    31. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    32. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    33. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    34. 11:15 DİQQƏT! DİQQƏT!
    35. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    36. 13:51 Masallı rayonunun 95-ci ili
    37. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    38. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    40. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ