• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Ombudsmanın Cənub Regional Mərkəzinin açılışı

    Masallıda Ombudsmanın Cənub Regional Mərkəzinin açılışı


    Masallıda Ombudsmanın Cənub Regional Mərkəzinin açılışı olub.

    Masallı “ASAN Həyat” Kompleksində dövlət qurumları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə Ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi keçirilib.

    Açılışdan əvvəl Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Masallı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsinə ehtiramını bildirib. Şəhidlər xiyabanı ziyarət olunub, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi hörmətlə yad edilib.

    Regional mərkəzin açılış tədbirində Ombudsman Səbinə Əliyeva giriş nitqi ilə çıxış edərək, Azərbaycanda 20 il öncə fəaliyyətə başlamış Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi, habelə ölkəmizin beynəlxalq nüfuzunun artması istiqamətində davamlı fəaliyyət göstərdiyini qeyd edib.

    S.Əliyeva Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində Ombudsman Aparatının institusional imkanlarının gücləndirilməsinə də dəstək verildiyini diqqətə çatdırıb.

    Çıxışda Masallı və ətraf rayonlardan ünvanlanan müraciətlərin daha operativ baxılması və yerində araşdırılmasına şərait yaradacaq Cənub Regional Mərkəzində mövcud olan elektron yeniliklərin Ombudsman və onun Aparatının vəzifəli şəxsləri tərəfindən qəbul imkanlarını genişləndirdiyi qeyd olunub.

    Yeni istifadəyə verilən regional mərkəzdə yaradılmış maddi-texniki imkanlar barədə məlumat verən S.Əliyeva Ombudsman Aparatı, Qəbul Mərkəzi və Ombudsmanın regional mərkəzləri ilə videokonfranslar keçirilməsi üçün imkan yaradıldığını da diqqətə çatdırıb. Qəbul prosesində könüllülərin də vətəndaşlara yardımçı olacaqlarını bildirən Ombudsman əlavə edib ki, Cənub Regional Mərkəzinin Masallı “ASAN” Həyat Kompleksində yerləşməsi ərizəçilərin sənədləşmə və bir çox məsələlərlə bağlı müraciətlərinin yerində həllinə imkan yaradacaq.

    Ombudsman bütün bu fəaliyyətin məhz Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edən vətəndaş məmnunluğunun təmininə xidmət etdiyini vurğulayıb.

    Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  sədr müavini Ceyhun Salmanov və vətəndaş cəmiyyəti nümayəndələri adından Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış ediblər.

    Çıxışlar bitdikdən sonra tədbir iştirakçıları Ombudsmanın Cənub Regional Mərkəzində yaradılmış şəraitlə tanış olublar.

    Yekunda Ombudsman tədbirdə iştirak edən dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş keçirib.










    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    2. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    3. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    4. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    5. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    6. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    7. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    8. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    9. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    10. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    11. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    12. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    13. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    14. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    15. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    16. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    17. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    18. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    19. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    20. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    21. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    22. 11:15 DİQQƏT! DİQQƏT!
    23. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    24. 13:51 Masallı rayonunun 95-ci ili
    25. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    26. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    28. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    30. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    31. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    32. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    33. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    34. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    35. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    36. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    37. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    38. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    39. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    40. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ