Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci il dönümü ilə əlaqədar ehsan süfrəsi

12 dekabr 2025-ci il tarixdə Masallı şəhər “İmam Hüseyn” məscidində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş ehsan süfrəsi təşkil olunmuşdur.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RİHB aparatının əməkdaşları, hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Masallı şəhər “İmam Hüseyn” məscidində təşkil olunmuş mərasimdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğulların xatirəsi ehtiramla yad edilmiş, ruhlarına dualar oxunmuşdur.




































