Главная > Siyasət / Manşet > İcra başçısı ərazilərdə kümçülərlə görüşüb

İcra başçısı ərazilərdə kümçülərlə görüşüb


6-06-2023, 17:18. Разместил: admin44

Ölkəmizdə ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir.

Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində xeyli iş görülmüşdür.

Son illər Masallı rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı  Araz Əhmədov mütəmadi olaraq rayon ərazisində barama qurdunun saxlanılması üçün yaradılan şəraitlə tanış olur, barama qurdlarına baxış keçirir və onların yemlənmə vəziyyəti ilə maraqlanır, kümçülərə bununla bağlı lazımi tövsiyə və tapşırıqlar verir.





“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад