Главная > Siyasət / Manşet > Rayon İcra Hakimiyyətinin Başçısı 38 km-lik yolda görülmüş işlərlə tanış oldu

Rayon İcra Hakimiyyətinin Başçısı 38 km-lik yolda görülmüş işlərlə tanış oldu


7-06-2023, 15:26. Разместил: admin44

Masallı rayonunda uzun müddətdir ki, təmirə ehtiyacı olan Mollahəsənli, Ləngan, Əhmədli, Təklə, Köçəkli, Bala Təklə, Şərəfə, Öncəqala, Hüseynhacılı, Viləş, Xallıcallı, Dəlləkli və Qədirli kəndlərindən keçən yollar əsaslı təmir olunur.

Ümumi uzunluğu 38 km olan yolda təmir və asfaltlanma işləri davam etdirilir.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov yolda gedən təmir işləri ilə yaxından tanış olmuş, asfaltlanma işləri aparılan ərazilərin sakinləri ilə görüşmüş və qayğıları ilə maraqlanmışdır.

Sakinlər yolların asfalt olunması ilə bağlı Ölkə Başçısı Cənab İlham Əliyevə, Rayon rəhbərliyinə və bu işdə əməyi keçən hər bir şəxsə öz dərin minnətdarlıqlarını bildirmişlər.










“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад