Главная > Siyasət / Manşet > 14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün… -MASALLIDA TƏDBİR
14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün… -MASALLIDA TƏDBİR14-07-2023, 17:35. Разместил: admin44 |
14 iyul 2023-cü il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, idarə və müəssisə rəhbərləri, ziyalılar, KİV nümayəndələri iştirak ediblər. Əvvəlcə Ümummilli Liderimizin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov geniş nitqində Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixini ölkəmizi tərəqqiyə aparan yolun başlanğıc günü kimi dəyərləndirib və bu əlamətdar tarixi hadisənin böyük ictimai-siyasi əhəmiyyətindən bəhs edib. Bildirib ki, sovet dönəmində milli maraqlara uyğun fəaliyyətlərin böyük çətinlikləri və həyati riskləri fonunda o zaman respublikamızda hökm sürən ağır tənəzzül şəraitinə baxmayaraq, qısa müddət ərzində sosial, iqtisadi və mədəni yüksəlişin əldə edilməsi, milli özünüdərkin oyanması və milli intibaha nail olunması məhz Heydər Əliyev dühasının nəticəsidir. Qeyd edilib ki, rəhbərliyinin bütün dövrlərində dünya şöhrətli siyasətçi Heydər Əliyevin titanik fəaliyyətinin nəticələri müasir Azərbaycanın hərtərəfli inkişafında və qüdrətlənməsində müstəsna rol oynayıb. A.Əhmədovun məruzəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Masallı rayonunun ictimai — siyasi qəzeti olan «Yeni həyat» qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, sonra dəyirmi masanın mövzusu ilə bağlı Binə Xocavar Bəşir Nuriyev adına kənd tam orta məktəbinin tartix müəllimi Ülvi Rufullayev, Qızılavar kənd ərazi partiya təşkilatının sədr müavini Lətifə Qənbərzadə, Masallı RİHB-nın Türkoba kənd İƏD üzrə nümayəndəsi Leyla Əzizova, Masallı ziyalıları» İctimai Birliyinin sədri, «Tərəqqi» medallı Qardaş Fətullayev və başqaları çıxışlar edilib, dahi şəxsiyyətin zəngin irsinin davamlı öyrənilməsi və təbliğinin önəmi diqqətə çatdırılıb. Maraqlı çıxışlarda Ulu Öndər Heydər Əliyevin birinci siyasi hakimiyyəti dövründə Azərbaycanda ictimai həyatın bütün sahələrində baş verən əhəmiyyətli kəmiyyət və keyfiyyət dəyişikliklərindən, həyata keçirilmiş kompleks və sistemli islahatlardan, milli müstəqilliyimizə hədəflənən uzaqgörən və cəsarətli addımlardan bəhs edilib. Tədbiri Masallı RİH başçısı Araz Əhmədov yekunlaşdıraraq qeyd edib: «Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var...» "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |