Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Elanı » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Elanı

    Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Elanı


    2024/2025-ci tədris ili üçün DİN-in Polis Akademiyasında “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsilə kursantların qəbuluna dair
    15.01.2024

    Azərbaycan  Respublikası  Daxili İşlər Nazirliyinin «____» __________________ 2024-cü il tarixli ____________________nömrəli  əmrinə əlavə 2.

                                                                                         

     

     

    AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ

     

     

    2024/2025-ci tədris ili üçün DİN-in Polis Akademiyasında

    “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsilə kursantların qəbuluna dair

     

    E L A N

     

     

    Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsilə 500 kursantın qəbulu üçün müsabiqə elan edir.

    Müsabiqədə - Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda və həqiqi hərbi xidmətə yararlı olan, buraxılış siniflərində          (11-ci sinifdə) oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək olan (2024-cü ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq) Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.

    İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2024-cü ilin yanvar, aprel və iyul tarixlərində həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum edilmiş (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmır.

    Sənədlərin qəbulu 2024-cü il yanvar ayının 22-dən mart ayının 3-dək bazar günləri istisna olmaqla hər gün saat 1000-dan 1700-dək namizədin qeydiyyatda olduğu inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcəkdir.

    Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

    – şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);

    – təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestat);

    – yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;

    – ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);

    – oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;

    – 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd  fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).

    Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: 8880 qaynar xətti, (012) 454-12-78, (012) 590-97-76, (012) 590-99-47.

    Polis Akademiyasında təhsilə, eyni zamanda daxili işlər orqanlarında xidmətə qəbulun ilkin şərtlərinə uyğun gələn namizədlərə müvafiq forma üzrə ərizə-öhdəlik yazmaq təklif olunur və onlar abituriyent hesab olunur.

    Abituriyentlər fiziki hazırlıq imtahanı (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar üçün – 10 dəfə, 80 kiloqramdan yuxarı olanlar üçün – 8 dəfə; qaçış 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması – 20 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə) verməli, Nazirliyin seçmə komissiyasından uğurla keçdikdən sonra Tibb İdarəsinin Xüsusi həkim komissiyasında müayinə olunub “Polis Akademiyasında təhsilə yararlı” olması barədə rəyi sənədləri toplanan polis orqanına dərhal təqdim etməlidirlər.  Komissiyaların işi ilə bağlı şikayətlərə nəticələr elan olunduğu anda abituriyentin komissiya sədrinə müraciəti olduqda baxılır.

    Fiziki hazırlıq normativlərindən birini ödəyə bilməyən, Nazirliyin seçmə və ya həkim komissiyalarından keçə bilməyən və ya həkim komissiyasına göndəriş aldığı gündən 15 gün ərzində müvafiq rəyi təqdim etməyən abituriyentlər müsabiqədən kənarlaşdırılır.

    Müsabiqəyə buraxılan abituriyentlərin siyahısı III ixtisas qrupu fənləri üzrə qəbul imtahanlarına buraxılmaları üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.

    Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə həmin Mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

    DİM-in qərarı əsasında seçilmiş abituriyentlərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanır. 18 yaşına çatmayan şəxlərlə müqavilə onların qanuni nümayəndələrinin – valideyninin, övladlığa götürənin və ya himayəçinin yazılı razılığı ilə bağlanılır. Bu şəxslərin Polis Akademiyasına qəbulu müqavilə bağlandıqdan sonra Akademiya rəhbərinin əmri ilə rəsmiləşdirilir və onlar daxili işlər orqanlarının əməkdaşı hesab olunurlar.

    Daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilədə abituriyentlərin daxili işlər orqanlarına xidmətə könüllü daxil olması, təhsili başa vurduqdan sonra 7 (yeddi) il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi, habelə təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətdə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin Polis Akademiyasında onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi nəzərdə tutulur.

    Daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilənin forması və bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması qaydası Nazirlik tərəfindən müəyyən edilir.

    Polis Akademiyasında bakalavrların hazırlanmasına çəkilmiş xərclər daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə ilə müəyyən edilmiş müddətdə könüllü ödənilmədikdə məhkəmə qaydasında tutulur.

    DİN-in Polis Akademiyasına qəbul olunmuş kursantlar 14 avqust – 14 sentyabr 2024-cü il tarixdə Akademiyada ilkin hazırlıq kursuna cəlb edilir, dərslər 15 sentyabrda başlamaqla, tədris azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.

    Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən yataqxanada yaşayırlar.

     Məzunlara “hüquqşünaslıq” ixtisası, “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

    Seçmə komissiyasının vaxtı barədə əlavə məlumat veriləcəkdir. Polis Akademiyası haqqında ətraflı məlumatlar Akademiyanın www.pa.edu.az internet saytında yerləşdirilmişdir.

     

    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ