Главная > Siyasət / Manşet > "Azəriqaz" İB-nin rəhbəri Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul etdi
"Azəriqaz" İB-nin rəhbəri Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul etdi5-07-2024, 15:00. Разместил: admin44 |
05 iyul 2024-cü il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində SOCAR-ın "Azəriqaz" İB-nin rəhbəri Azər Məmmədov Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul etdi İlk öncə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və SOCAR-ın "Azəriqaz" İB-nin rəhbəri Azər Məmmədov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuş və ruhunu ehtiramla yad etmişlər. Qəbulda Birliyin baş direktoru ilə yanaşı, Texniki istismar şöbəsinin rəisi və Lənkəran Regional qaz istismarı İdarəsinin məsul şəxsləri də iştirak ediblər. Görüşdə Masallı və Yardımlı rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib. Qəbula təşrif buyuran sakinlərin istəkləri qeyd edilən rayonların qazlaşmayan bəzi kəndlərinin mavi yanacaqla təchiz edilməsi, işə qəbul, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi, fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı olub. "Azəriqaz" İB-nin baş direktoru Azər Məmmədov qəbula üz tutan 40-dan çox vətəndaşı fərdi olaraq dinləyib və qaldırılan məsələlərin həlli istiqamətində sakinlərə köməklik göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |