Masallı Dövlət Regional Kollecində Dövlət Suverenliyi Günü qeyd edildi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı Dövlət Regional Kollecində Dövlət Suverenliyi Günü qeyd edildi

    Masallı Dövlət Regional Kollecində Dövlət Suverenliyi Günü qeyd edildi

     
    Masallı Dövlət Regional Kollecində 20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirildi.
    Əvvəlcə Dövlət Himnimiz səsləndirildi, Ulu öndər Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi.

    Kollecin direktoru Vidadi Nəzərov təhsil müəssisəsinin müəllim və tələbə heyətini ölkəmizdə ilk dəfə qeyd olunan, müstəqil dövlətçilik tariximizin ən əlamətdar bayramı münasibətilə təbrik etdi. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsis edilən Dövlət Suverenliyi Günü, eləcə də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün əhəmiyyətindən bəhs edən “Tərəqqi” medallı pedaqoq bildirdi ki,  tarixi qələbələrimizin təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə davam etdirilərək şanlı Zəfərə nail olundu: “2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarımızın böyük hissəsini geri alsaq da, 19-20 sentyabr 2023-cü il tarixli əməliyyatlar zamanı Azərbaycan ərazilərini tamamən işğaldan azad etdik. Bu baxımdan 20 sentyabr suverenliyimizin bərpası günüdür…”
    Dövlət Suverenliyi Gününü Azərbaycanın son 200 illik tarixinin şərəfli səhifəsi kimi səciyyələndirən kollecin direktor müavini Dilarə Hüseynova, şöbə müdiri, tarix müəllimi Nazim Əliyev qeyd etdilər ki, müstəqilliyimizin simvolu olan Dövlət Bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

    Müharibə iştirakçıları, kollecin tələbələri Əli Mirzəzadə və İsmayıl Nuriyev diqqətə çatdırdılar ki, birgünlük lokal xarakterli antiterror əməliyyatları zamanı erməni hərbi qüvvələrinin qalıqlarına endirilən sarsıdıcı zərbə nəticəsində separatçı rejimi süquta uğratdıq, ölkəmizin suverenliyini tam bərpa etdik.

    Çıxışlarda gənc nəslin bu şərəfli tariximizi mükəmməl öyrənərək vətənpərvərlik ruhunda böyüməsinin, təhsil ocaqlarında mövzu ilə bağlı xüsusi dərslərin keçirilməsinin önəmliyi vurğulandı.

    Tədbir tələbələrin iştirakı ilə hazırlanan ədəbi-bədii kompozisiya ilə yekunlaşdı.
     









    Akif AĞAYEVшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    2. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    3. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    4. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    5. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    6. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    7. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    8. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    9. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    10. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    11. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    12. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    13. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    14. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    15. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    16. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    17. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 09:32 Nadir Ağayevin xatirə turnirində
    19. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    20. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    21. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    22. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    23. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    24. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    25. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    26. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    27. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    28. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    29. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    30. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    32. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    34. 17:28 Şəhid Vüsal Hadıyevin şəhadətinin 5-ci ildönümü anıldı
    35. 17:26 Şəhid Famil Əlizadənin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 13:58 Azərbaycan Prezidentinə yazırlar
    37. 09:19 Statistikanın əhəmiyyəti
    38. 17:09 Şəhid Ağamalı Ağayevin şəhadətinin 5-ci ildönümü anıldı
    39. 17:03 Masallıda “Yaşıl torpağın azadlığı” adlı tədbir
    40. 16:59 Azərbaycan Prezidentinə yazırlar
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ