Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbərliyi Vətən Müharibəsi iştirakçısının yas mərasimində iştirak etdi
Masallıda rayon rəhbərliyi Vətən Müharibəsi iştirakçısının yas mərasimində iştirak etdi2-10-2024, 19:51. Разместил: admin44 |
Masallı rayonunun Ərkivan qəsəbə sakini, Vətən Müharibəsi iştirakçısı, 1998-ci il təvəllüdlü Mirzəyev Azər Rafiq oğlu böyrək çatışmazlığından əziyyət çəkirdi və müalicə aldığı Masallı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişmişdir. Ərkivan qəsəbəsində keçirilən yas mərasimində iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatın məsul şəxsləri, Milli Məclisin Deputatı Məşhur Məmmədov, hüquq mühafizə orqanlarının, idarə müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon sakinləri Vətən Müharibəsi iştirakçısı Azər Mirzəyevin vəfatından dərin kədərləndiklərini bildirərək ailəsinə dərin hüznlə başsağlığı vermişlər. Вернуться назад |